TƏSİSAT ADLARININ TƏRCÜMƏSİNƏ ÜMUMİ BAXIŞ
Günel QASIMOVA
Azərbaycan Dillər Universiteti
gunel-aysun@hotmail.com
Bakı/AZƏRBAYCAN
Hər bir elm sahəsində olduğu kimi tərcümə elmində də, hələ də konkret şəkildə həllini tapa bilməyən sahələr
mövcuddur. Bunlar bir çox dissertasiya, tezis və məqalələrin araşdırma mövzusu olduğu halda yenə də tərcümə zamanı
tərcüməçilər müəyyən çətinliklərlə üzləşirlər. Müasir dövr tərcümənin problematik mövzusu mədəniyyətlərdən yaranan
məsələlərdir ki, bunlarında düzgün verilməməsinin nəticəsində nələrin baş verdiyi bütün tərcüməçilərə bəllidir.
Insan cəmiyyətinin təməlini təşkil edənvə milliyi özündə əks etdirdiyinə görə təsisatların təcüməsi zamanı bir çox
çətinliklərlə üzləşməli oluruq. Təsisat anlayışın bir çox insanlar arasında hələ də yalnış anlaşıldığı bir cəmiyyətdə bu
mövzuya toxunmaq və bunu tərcümədə əks etdirmək çox məsuliyyətli məsələdir. Çoxlarının hər hansı bir qurum, təşkilat
hesab etdiyi təsisat anlayışının əslində tamam fərqli bir anlayış olduğunu və bu cür qurum və təşkilatların təsisatın tərkib
hissəsi olduğunu qeyd etmək istəyirəm. Heç bir qurum, təşkilat hesab edilməyən dil, ölçü, çəki və pul vahidlərinin də,
təsisat hesab edildiyini nəzərə alsaq əslində təsisatların hər hansı bir insan cəmiyyətinin var olma və inkişaf etmə təməli
hesab etmiş olarıq. Çox geniş bir anlam olan təsisatların mövcud olmadığı cəmiyyətin məhvə məhkum olunduğunu qeyd
etməklə onların nə dərəcədə mühüm olduğunu vurğulamaq yerinə düşərdi. Əsasən beş təməl təsisat üzərində qurulan insan
cəmiyyəti onları qoruyur və nəsildən nəsilə ötürürlər. Bunlar ailə, təhsil, din, siyasət və iqtisadiyyatdır. Yerinə yetirdiyi
|