Microsoft Word Materiallar Full


ÇEX ATALAR SÖZLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PRİNSİPLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə922/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   918   919   920   921   922   923   924   925   ...   1149
ÇEX ATALAR SÖZLƏRİNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ PRİNSİPLƏRİ 

 

Pəri MİRƏLİYEVA 

BSU 

p-miraliyeva@rambler.ru 

Bakı/AZƏRBAYCAN 

 

Tərcümə milli mədəniyyətlər  arasında əlaqələrin ən geniş yayılmış formalarından biridir. Azərbaycan və çex xalqları 



arasında mövcud  olan mədəni əlaqələrin öyrənilməsində  çex xalqına məxsus atalar sözlərinin  doğma dilimizə tərcüməsi  

əsas yer tutur.Atalar sözlərinin çex dilindən Azərbaycan dilinə  tərcüməsi zamanı qarşıya dilçilik baxımından bir sıra 

problemlər çıxır ki, bunların da olması təbii bir haldır. Bu problemləri aradan qaldırmaq və düzgün tərcüməyə nail olmaq 

üçün bir sıra müvafiq prinsiplər, üsul və vasitələr müəyyənləşdirilir ki, bunları da üç qrupa bölmək olar: 

  Tam qarşılığı mümkün olan tərcümələr; 

  Mətnə müvafiq sinonim və ya variantlardan istifadə yolu ilə yaranan tərcümələr; 

  Leksik-semantik və leksik-qrammatik oxşarlığı olmayan atalar sözlərinin tərcüməsi. 

Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, çex atalar sözlərinin Azərbaycan dilindəki qarşılıqlarını 

müəyyənləşdirərkən qarşılaşdırma, müqayisə  və struktur –semantik üsullara əsaslanmaq daha məqsədəuyğundur. Tərcümə 

zamanı dil vahidlərinin leksik, semantik və qrammatik cəhətdən  özünəməxsus fərdi xüsusiyyətlərinin nəzərə alınması,  

onların düzgün müəyyənləşdirilməsi, seçilməsi, yerində  işlənməsi, orijinal və  tərcümə olunan dilin ruhunun saxlanması 

tərcüməçidən böyük ustalıq tələb edir. Məlum olduğu kimi dilin tarixi inkişafı nəticəsində yaranaraq mənaca da bölünməz 

olan atalar sözlərində   sözlərin sırasını dəyişdirməklə  ifadənin sintaksisi pozular, sözün təsir gücü azala bilər. Çünki bu cür 

tərkiblər milli dil və düşüncənin bir-birinə qarşılıqlı təsiri nəticəsində artıq qəlibləşmiş bir şəkil almışdır. Elə bu səbəbdən də 

atalar sözlərinin tərcüməsi zamanı əsas çətinlik orijinal dillə tərcümə dilinin tamamilə başqa dil qruplarına,  mədəniyyət və 

tarixi inkişafa məxsus olduğu vaxt qarşıya çıxır. Slavyan və türk dilləri arasında düşüncə,  mədəniyyət, dil quruluşu, tarixi 

şərait baxımından nəzərə çarpacaq dərəcədə  fərqlərin mövcudluğu  çex atalar sözlərinin Azərbaycan dilinə  tərcüməsi 

zamanı tərcüməçini bir sıra çətinliklərlə qarşı-qarşıya qoyur. Tərcümə zamanı bəzən tam olaraq ekvivalent tapılmır və ya 

orijinalın dilində aydın, anlaşılan, doğma və tamamilə  təbii görünən ifadələr tərcümə prosesində müvafiq assosasiyalar 

doğurmur. 

Çex atalar sözlərinin Azərbaycan dilinə  tərcüməsində  ekvivalent tərcümə üsulunu tətbiq etmədən keçinmək olmaz. 

Cünki bu elə bir üsuldur ki, burada dilin fəaliyyət göstərən normalarına riayət olunmaqla  müxtəlif məzmuna xələl 

gətirmədən yüksək səviyyədə  tərcümə aparılır. Tərcümə vahidi kimi elə atalar sözü seçilməlidir ki, onlar bütün hallarda 

orijinaldakı mənanı qrammatik, leksik və üslubi-qramamtik normalara əməl etməklə tam əks etdirə bilsin.Tədqiqat zamanı 

müəyyən edilmişdir ki,  çex və Azərbaycan dillərində məzmunca tamamilə uyğun olan  və ekvivalentlik kəsb edən atalar 

sözləri sayca çoxdur.Hər iki dilin atalar sözlərinin müqayisəsi əsasında söyləyə bilərik ki,  çex və Azərbaycan dillərindəki  

belə dil vahidlərinin müəyyən qismi tamamilə bir-birinə uyğun gəlir: 

   “Darovanému  koni na zuby nehleď  ”  Bəy verən atın dişinə baxmazlar. 

  “ Kdo se směje  naposled, ten se směje nejlépe” Sonda gülən yaxşı gülər. 

  “Bez  práce nejsou koláče”  İşləməyən dişləməz. 

  “ Opakování  je matka moudrosti ”  Təkrar biliyin anasıdır. 

  “ Oko za oko, zub na zub” Göz gözə, diş dişə. 

  “Ryby  smrdí  od hlavy” Balıq başdan iylənər. 

  “ V zdravém  těle zdravý duch.” Sağlam bədəndə sağlam ruh. 

  “Co můžeš udělat dnes, neodkládej na zítřek.” Bu günün işini sabaha qoyma 

   “Práce šlechtí člověka”  İş insanın cövhəridir. 

   “Mluviti stříbro, mlčeti zlato” Danışmaq gümüşdür, susmaq qızıl. 

Tədqiqat zamanı müəyyən olundu ki,  çex dilində verilmiş bir qrup atalar sözlərinin Azərbaycan dilinə  tərcüməsi 

zamanı mətnə müvafiq sinonim və ya variantlardan istifadə yolu ilə yaranan tərcümə, yəni məna tərcüməsinə də müraciət olunur.  

Tərcümənin bu qaydasında əsas meyar tərcümə olunan ifadənin konseptual mənasının,  siqnifikatik ideyanın saxlanmasıdır: 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   918   919   920   921   922   923   924   925   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin