Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə930/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   926   927   928   929   930   931   932   933   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

523 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

  ümumişlək sözlərlə müqayisədə okkazionalizmlər daha böyük məna və emosional yüklənməyə malik olurlar; 

  okkazional sözlər bir çox hallarda dilin normalarına uyğun olmurlar. 

Başqa sözlərlə desək, okkazional sözlər ifadə vasitələri kimi yaranır və əmələ gəldiyi kontekstin  ayrılmaz hissəsi kimi 

mövcud olurlar. Məsələn, The Sun qəzetinin yanvar buraxılışında çap olunan “One last Min-ogle” adlı məqaləsində istifadə 

olunan  yeni  yaradılmış “Min-ogle” sözü, şübhəsiz ki, okkazionalizmdir, çünki məqalədən, yəni konteksdən kənarda başa 

düşmək olmaz ki, burada söhbət Kayli Minoqun (Kylie Minogue) sonuncu dünya turnesindən gedir. Min-ogle 

okkazionalizmi nəinki müğənninin soyadına oxşarlıq nəticəsində əmələ gəlib, həmçinin məşhur xanımın öz cazibədarlığı ilə 

əks cinsi cəlb etdiyini xüsusilə qeyd etmək məqsədi ilə işlədilib, çünki “to ogle” feli “vurğun baxışlarla baxmaq” mənasını 

ifadə edir. Beləliklə, okkazionalizmlər danışanın və ya yazanın dilində müəyyən nitq şəraitində meydana çıxır, müəyyən 

mətndə söz ustası tərəfindən yaradılır və dildə geniş yayılmır. Neologizmlər isə yeni əşyanı və ya anlayışı ifadə etmək üçün 

əmələ  gəlir və dilin leksik sisteminə daxil olur. Neologizm və okkazionalizm zərurət qarşısında yaranmış yeni sözlərdir, 

lakin biri dil faktlarına (neologizm), digəri isə nitq faktlarına(okkazional və ya potensial söz) aiddir. Yeni sözün əmələ 

gəlməsinin səciyyəvi xüsusiyyətlərinə sosial tələbat, yaranma vaxtı (zaman meyarı), yaradıcın mövcudluğu, kontekstə 

bağlılığı, kommunikativ dəyər və müəyyən dil modelinin mövcudluğu aiddir.   

Bütün bunları  nəzərə aldığımız zaman belə bir sual yaranır: tərcüməçi neologizmlərə rast gələndə  nə etməlidir? Hər 

şeydən  əvvəl o, neologizmin işlədildiyi kontekstə  əsaslanaraq və onun strukturunu təhlil edərək neologizmin mənasını 

düzgün müəyyənləşdirməlidir. Digər hallarda neologizmin quruluşunun təhlili tərcüməçiyə kömək edə bilər.  

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   926   927   928   929   930   931   932   933   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin