MÜASİR DÖVRİ-MƏTBUATDA İŞLƏDİLƏN NEOLOGİZMLƏR
VƏ ONLARIN TƏRCÜMƏDƏ VERİLMƏSİ
TuranəHACIİBRAHİMXƏLILOVA
BSU
turana0590@gmail.com
Bakı/AZƏRBAYCAN
Müasir dövri mətbuatın dili tərcüməçilər tərəfindən böyük marağa səbəb olur. Qəzet üslubunun leksikasının böyük
hissəsi ümumişlək söz və müxtəlif terminlərdən (elm, hərbi, incəsənət və idman sahəsinə aid) ibarətdir və onlar müvafiq
kontekstdə publisistik çalar əldə edə bilirlər. Müasir dövri mətbuatda neologizmlərin işlədilməsi ölkəmizdə baş verən
ictimai-siyasi dəyişiklərləri əks etdirən aktual priyomdur. Neologizmlər qəzet dilinə ifadəlilik verir, nominativ funksiya
daşıyaraq onu daha dəyərli və maraqlı edir. Qəzet materialları yalnız məlumat mənbəyi kimi qəbul olunmur, həmçinin onlar
neologizmlərin geniş yayılmasına imkan yaradır.
Neologizmləri iki növə ayırmaq olar: yeni sözlər və “köhnə” sözlərin yeni mənaları. Hər iki növ tərcümə zamanı
müəyyən çətinliklər törədir. Təbii ki, əgər tərcüməçi müəyyən fon biliklərinə malik deyilsə bunların tərcüməsi zamanı
çətinliklərlə qarşılaşacaq, çünki belə söz və mənaları nəinki adi İngilis-Azərbaycan lüğətlərində, həm də bəzən ən yeni
İngilis-izahlı lüğətlərdə tapmaq qeyri-mümkündür. Hər bir tərcüməçiyə məlumdur ki, yeni sözlərin lüğətlərə əlavə olunması
onların yaranmasından bir neçə il sonra baş verir. Neologizmlər dildə, xüsusi ilə publisistika, elm və texnika sahəsində o
qədər yüksək sürətlə əmələ gəlirlər ki, “hər hansı bir lüğətə onları nəinki dərhal əlavə etmək olmaz, həm də bu qeyri-
mümkün bir prosesdir”.
Bu səbəbdən ingilis lüğətçiləri bir çox neologizmləri “okkazional”, yəni təsadüfi işlədilən neologizm adlandırırlar.
Neologizm kimi işlədilən söz slenq sahəsindən yeni bir söz olursa “okkazionalliq” elementi daha çox özünü göstərir, çünki
dildə slenqin tərkibi çox tez-tez dəyişir. “Okkazionalizm” termini altında konkret kontekst üçün vacib olan mənaları ifadə
etmək üçün bu kontekstin təsiri altında yaranan dil hadisələri nəzərdə tutulur. Dilçilikdə okkazional sözlərin müxtəlif adları
mövcuddur, lakin bu məsələni tədqiq edən müəlliflərin bir çoxu (İ. Q. Deqtyar, B. V. Krivenko, V.V. Lopatin)
okkazionalizmlərin aşağıdakı səciyyəvi xüsusiyyətlərini qeyd edirlər:
bir qayda olaraq, okkazional sözlər bir dəfə istifadə olunmaq üçün yaradılır və hal-hazırda verilən kontekstdə
movcuddurlar;
|