Microsoft Word Materiallar Full


İngilis dilindən Azərbaycancaya tərcümə



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə937/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   933   934   935   936   937   938   939   940   ...   1149
İngilis dilindən Azərbaycancaya tərcümə 

Riyazi mətnlərin İngilis dilindən Azərbaycan dilinə tərcüməsində qarşıya çıxan əsas problem terminologiya seçimi və 

çatışmazlığıdır. Riyazi mətnlərdə cümlə quruluşlarında çeşid müxtəlifliyi digər növ mətnlərlə müqayisədə daha azdır və bu 

tərcüməçinin işini müəyyən qədər asanlaşdırır amma terminlərin tərcüməsi çox vaxt tərcüməçinin işini gecikdirir. Qəbul 

olunmuş termin əksikliyi tərcüməçini daha yaradıcı olmağa vadar edir. Örnək olaraq Azərbaycan dilinə tərcümə olunmuş ilk 

riyazi analiz kitabını [1] göstərə bilərik. Bu nadir tərcümə latın qrafikası ilə 1931-ci ildə nəşr olunmuşdur. Məlumdur ki, bu 

tarixdən qısa müddət sonra Azərbaycanda kiril əlifbası tətbiq olunmuşdur və əsər layiq olduğu diqqətdən kənar qalmışdır. 

Əsərdəki bəzi terminləri oxucunun müasir terminlərlə müqayisə etməsini istəyərdik (mötərizədə ingiliscə varinatları 

verilmişdir): polyar koordinatlar (polar coordinates) = qütbi koordinatlar, ellipsoidin tənliyi (equation of ellipsoid) = 

ellipsoidin muadələsi, xəyali  ədəd (imaginary number) = mevhum ədəd, limit (limit) = qayə, funksiyanın törəməsi 

(derivative of function) = funksiyanın müştəkki, yüksək tərtib törəmələr (higher order derivatives) = tədrici müştəkkələr və 

s. Bu terminlərin müqayisəsini, indi də istifadə oluna bilmə imkanlarını  və başqa mövzuları daha geniş  məqalə üçün 

saxlayırıq. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   933   934   935   936   937   938   939   940   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin