Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə936/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   932   933   934   935   936   937   938   939   ...   1149
 

 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

525 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

RİYAZİ MƏTNLƏRİN İNGİLİS DİLİNDƏN AZƏRBAYCANCAYA VƏ                                

TƏRSİNƏ TƏRCÜMƏSİ PROBLEMLƏRİ 

 

Yaqub ƏLIYEV, Natiq ADİLOV 

Qafqaz Universiteti 



yaliyev@qu.edu.az, nadilov@qu.edu.az 

Bakı/AZƏRBAYCAN 

 

Tərcümə dedikdə müəyyən bir prosesin nəticəsi başa düşülməklə yanaşı eyni zamanda nəzərə alınmalıdır ki, 



tərcümənin özü də bir proses olaraq da diqqəti cəlb edir. Həmin prosesin nəticəsində  məxəz dildə formaca yeni, lakin 

məzmunca tərcümə olunan dildəki mətnə uyğun yeni bir mətn ortaya çıxır. Tərcümə olunan dildə ortaya çıxan mətnin 

birinci mətn ilə müqayisədə yaxınlığı haqqında fərqli fərziyyələrin olması fonunda demək olar ki, əsasən yazılı tərcümədə 

bu 99%-ə, şifahi tərcümədə isə təxminən 70%-ə bərabər olur.   

Təbii ki, elmi mətnlərin tərcüməsində hər iki dildəki məzmunun demək olar ki, 100% olmasına diqqət etmək lazımdır. 

Bu qəbildən riyazi mətnlərin (kitabların) tərcüməsi üçün aidiyyatı terminlərin bilinməsi vacib məsələ olmaqla, terminlər 

arası  fərqləndirici xüsusiyyətlərin və müvafiq sahə üzrə  məlumatların öyrənilməsi qaçılmaz zərurətdir. Məşhur tərcümə 

nəzəriyyəçisi Piter Nyumark məqalələrinin birində yazır: “bədii mətnlər təxəyyül aləminə məxsus olduğu halda qeyri-bədii 

mətnlər faktlar aləminə məxsus olur”.  

Bu baxımdan riyazi, eləcə də digər texniki mətnlərin tərcüməsi prosesində tərcüməçi sadəcə məlumatın çatdırılması ilə 

kifayətlənməməli, lazımı bilik bazasının yaradılmasına xidmət etməlidir. Vurğulan məqsədə çatmaq üçün riyazi mətnlərin 

tərcüməsi icra edilərkən tərcüməçi aşağıdakılardan istifadə edə bilər:  

- tərcümə edilən mövzu ilə bağlı məlumatların hər iki dildə öyrənilməsi və qarşılaşdırılması zəruridir və bu məqsədlə 

ensiklopediyalar və elektron kitabxana vasitələri böyük ölçüdə nəzərə alınmalıdır;  

- terminoloji lüğətlərdən istifadə diqqət mərkəzində saxlanılmalıdır;  

- mövzu ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi və məlumat alış-verişi etmək lazımdır.  




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   932   933   934   935   936   937   938   939   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin