II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
520
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Zabít dvé mouchy jednou ranou. (İki milçəyi bir zərbə ilə öldürmək )Bir güllə ilə iki dovşan vurmaq
To je počasí, že by psa nevyhnal. (Yaxşı sahib pis havada itini çölə qovmaz) Yaxşı at özünə qamçı vurdurmaz.
Už kůži prodává , a vlk je ještě v lese. (Dəri artıq satılır, ancaq canavar hələ də meşədədir) Qurdu nə qədər
bəsləsən də gözü yenə də meşədədir.
Udělali kozla zahradníkem. ( Keçini bağban qoyublar) Qurda qoyun tapşırmaq olmaz.
Dělat z komára velblouda.(Ağcaqanaddan dəvə düzəltmək) Qarışqanı fil etmək
Tədqiqat zamanı çex dilində verilmiş lakin dilimizdə qarşılığı olmayan atalar özlərinə də rast gəlindi:
„Dneska rekord, zítra norma“ Bugün rekord, sabah norma
„ Dobrý oheň chce dobré dřevo“ Yaxşı ocaq yaxşı odun istəyir.
„Kdo si hraje nezlobí „ Oynayan adam əsəbləşməz.
„ Změna je život.” Dəyişiklik həyatdır.
Tərcümə zamanı tam şəkildə qarşılıq tapmayan bu cür atalar sözlərin dillərin öyrənilməsində və tərcümə zamanı böyük
çətinlik törətsələr də, ifadə etdiyi məna baxımından dillərin zənginləşməsinə xidmət göstərə bilər.
Tədqiqata yekun olaraq onu deyə bilərik ki, atalar sözləri semantikasından, konteksdən asılı olaraq müxtəlif şəkildə,
müxtəlif prinsiplər əsasında tərcümə oluna bilər. Milli təfəkkürlə sıx əlaqədə olan bu cür ifadələr xalq dilinin canlılığını
bütün gücü ilə özündə əks etdirir.
Dostları ilə paylaş: |