Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə23/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
mm cavab01az

26. FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Bu barədə 
Nazirlər Kabinetinin qərarı.
Bütün obyektlərdə və xüxusilə də təhlükə potensiallı müssisələrdə qəzaların 
səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən 
nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə 
müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirlərin konkret 
məzmununu- əməyin təhlükəsizliyi, mülki müdfiə üzrə tələblər, yanğın və 
radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri 
ilə müəyyən etmək lazımdır. Qeyd olunan tədbirləri tənzimləmək üçün
Azərbaycan Rspublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı 
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Rspublikasında sülh və müharibə 
dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” məhz 
belə səciyyəli sənəddir. Bu mühafizənin əsas prinsipləri və üsulları, mülki müdafiə 
üzrə digər normativ aktların işlənib hazırlanması üçün ilkin sənəddir. Burada 
ə
halini təbii fəlakətlərin, istehsalat qəzaların nəticələrindən və müasir qırğın 
silahlarının təsirindən qorunmağın üsulları, vasitələri və qaydaları müəyyən edilir. 
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 
-Respublikanın bütün əhalisi mühafizə edilməlidir, bu tədbirlər fasiləsiz xarakter 
daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir; 
-Ehtimal edilən föbvqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq 
ə
halinin mühafizəsi tədbirləri fərdi surətdə planlaşdırılır və həyata keçirilir; 
-Sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə 
proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması 
variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə 


alınmaqla Respublika ərazisi zonalara ayrılır. Mülki müdafiə tədbirləri hərbi 
komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir; 
-əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və 
sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir; 
-əhalinin mühafizəsinə əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, 
təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindan 
istifadə olunmasıdır.
Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları: 
-FH-da əhalinin xəbərdar edilməsi; 
-əhalinin və ərazinin mühəndis mühafizəsi; 
-radioaktiv və kimyəvi mühafizəsi; 
-kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək; 
-fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə; 
-təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə; 
-tibbi mühafizə; 
-yanğından mühafizənin təşkili; 
-əhalinin MM üzrə hazırlığının təşkil edilməsi. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin