Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə24/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   20   21   22   23   24   25   26   27   ...   46
mm cavab01az

27. Sülh dövründə əhalinin FH-dan mühafizəsi tədbirləri və təhlükə barədə 
xəbərdarlıq zamanı fəaliyyəti.
Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün aşağıdakı tədbirlər 
daha vacib əhəmiyyətə malikdir. 
-etibarlı xəbərdarlıq sisteminin yaradılması; 
-mühafizə qurğuları ehtiyatlarının yaradılması; 
-kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə 
yetirilməsi, köçürülən əhalini qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar 
təhlükəsiz zonanın hazırlanması; 
-əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi; 
-mühafizə üsullarınn əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; 
-ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli 
maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; 
-radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya 
nəzarətinin təşkili; 
-rejimi tədbirlərin, sanitariya- gigiyena tdbirlərinin və radiasiya əleyhinə tədbirlərin 
həyata keçirilməsi.
Daimi radiasiya və kimya müşahidəsi, kəşfiyyat və laboratoriya müşahidəsinin 
təşkili – təhlükə barədə əhalini vaxtında xəbərdar etmək üçün vacib şərtlərdən 
biridir. 
Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali 
təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidirlər: 
-kütləvi məlumat vasitələrini (radioreproduktoru, qəbuledicini) daimi şəbəkədə 
qoşulu saxlamalı; 
-şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı; 


-fövqəladə hadisə ehtimalına görə daldalanacağın (sığınacağın) yerini 
dəqiqləşdirməli, kənd yerlərinə radiasiya əleyhinə daldalanacaq düzəltməyə 
başlamalı; 
-fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, 
onları istifadə üçün hazırlamalı.

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin