Microsoft Word mm cavab az imtahan docx


 DP-5A (B,V) radiometr-rentgenmetri



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
mm cavab01az

25. DP-5A (B,V) radiometr-rentgenmetri. 
Təyinatı: DP-5A səhra radiometr - rentgenmetri γ-şüalanma səviyyələrini
habelə ərazinin və müxtəlif əşyaların γ-şüalanma nəticəsində məruz qaldığı 
radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdurγ-şüalanma dozasının 
gücü, ölçmə zamanı cihazın müvafiq sayğac yerləşən sahədə, millirentgen-saat 
(mR/saat) və ya rentgen saatla (R/saat) təyin edilir.
Cihazın zondu içərisində şüalanma detektorları, gücləndirici-normalizator və 
sxemin digər ünsürləri yerləşdirilmiş polad silindrdən ibarətdir. Burada şüalanma 
detektoru olaraq STS-5 və Sİ-3BQ tipli halogen sayğaclardan istifadə edilmişdir. 


Silindirin polad gövdəsində β-şüalanmanı indikasiya etmək üçün pəncərə 
vardır. Bu pəncərəyə suya davamlı etilsellüoz plyonka yapışdırılmışdır. Zondun 
gövdəsinə fırlanan silindir formalı bürünc ekran geydirilmişdir. Bu ekranda 
ölçüləri zondun gövdəsindəki pəncərənin ölçülərinə uyğun gələn pəncərə vardır.
Ekran zond gövdəsinin uzunu boyu bir qədər yerini dəyişə bilir. Ekranı 
müəyyən vəziyyətdə bərkitmək üçün onun səthində iki işarə edilmişdir. Silindrin 
gövdəsində fiksator üçün iki yarığı olan halqa formalı stopor çıxıntısı vardır. 
Ekran dayaq çəngəli qarşısında B vəziyyətinə keçirilərkən ekranın pəncərəsi 
zondun gövdəsindəki pəncərənin tuşunda dayanır. Ekranın belə vəziyyətində β və 
γ
-şüalanmaları bir-birinin tuşundakı hər iki pəncərədən və plastik kütlə 
plyonkalardan keçərək sayğaca daxil olur. 
Ekranın fiksatoru dayaq çəngəli qarşısında Q vəziyyətinə keçirilərkən silindirik 
ekran zondun gövdəsindəki pəncərənin qarşısını kəsib onu örtür və sayğaclara 
ş
üalanma keçməsinin qarşısını alır. Bu zaman sayğacda impulslar yalnız γ-
ş
üalanmanın təsiri nəticəsində əmələ gələcəkdir. 
Zondun elektrik avadanlığı lövhə üzərində quraşdırılmışdır. Lövhə zondun 
gövdəsinə üst qayka vasitəsilə birləşir. Ölçmək rahat olsun deyə, zondun dəstəyi 
var. Zond 1,2 m uzunluqda elastik kabel vasitəsilə cihazın pultuna birləşdirilir. 
Ölçmə pultu aşağıdakı əsas qovşaqlardan ibarətdir: panel, örtük (gövdə), şassi və 
qida mənbələri yuvasının qapağı. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin