Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə2/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   2   3   4   5   6   7   8   9   ...   46
mm cavab01az

2.Geoloji təhlükəli təbii fəlakətlər. Onların baş vermə səbəbləri. 
Sürüşmə- daimi donma zonasından kənarda təsadüf olunan və adətən dağ 
yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərini yuması, yamacların 
titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq 
sürüşməsindən ibarət hadisədir. Torpaq axını xarakterli sürüşmələrin eni onlarla
uzunluğu isə yüzləriə metr ola bilər. Sürüşmələr uzun illər boyu tamamilə 
hərəkətsiz qaldıqdan sonra qısa müddətdə fəallaşa bilər ki, belə hallarda onların 
sürəti saatda onlarca metrə çata bilir. Axın sürüşmələri gilli, qumlu, yumşaq sarı 
torpaqlı dağ yamacları üçün səciyyəvidir və belə torpaq qatlarını leysan yağışları 
isladarkən baş verir. Respublikamızda ən çox sürüşmələrin olduğu yer Bayıl 


zonasıdır. Sürüşmələrin qarşısını almaq üçün görülən tədbirlərdən ən vacibi həmin 
ə
razilərdə çoxlu sayda ağacların əkilməsidir. 
Sel- Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk 
material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5- 2 dəfə çox olan axındır. 
Sel hündürlüyü 20-40 sm olan dalğa şəklində saniyədə 20-30m sürətlə hərəkət edir 
və rast gəldiyi maneələrə hər kvadrat metrə onlarla ton güclə təsir göstərir. Sellərin 
80-90%-i leysan mənşəlidir. Sel axınları yatağının mailliyi 6-20 dərəcə 
hüdudlarında olan dağ dərələri üçün səciyyəvidir. Belə sellər adətən onlarla dəqiqə, 
nadir hallarda isə 4-5 saat davam edir. 
Qar uçqunları- Marxallar nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə 
olan sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi 
milyon kub metrə, maneələrə gostərdiyi təzyiq hər kvadrat metrdə 100 tona 
çatır.(0,5 t/m
2
təzyiq qapı və pəncərələri qırır, 3 t/m
2
taxta tikililəri, 100 t/m
2
daş 
binaları dağıdır) Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə 
iri qar uçqunları təhlükəsi meydana çıxır. Müdafiə üsulları, qar yağmış 
hündürlükləri atəşə tutmaqdır. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin