5. Yolxucu xəstəliklər, törədicilərə onların vurduğu ziyan. Epidemiya –kəskin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında
yayılmasına epidemiya deyilir. Epidemik xəstəliklər ilkin yoluxma ocaqlarından
ə
trafa müxtəlif yollarla və vasitələrlə geniş yayıla bilər. Yolxucu xəstəliklərin
törədiciləri mikroblardır. Onlara aiddir: bakteriyalar, viruslar, riktersiyalar və
göbələkciklər. Xəstəlik müxtəlif yollar və vasitələrlə keçir: tənəffüs orqanları
vasitəsilə, yoluxmuş ərzaq məhsullarından, alafdan və sudan istifadə edərkən,
yoluxmuş əşyalara toxunarkən, xəstə adamlar və heyvanlarla təmasda olarkən,
xəstəlik daşıyıcı həşarat və gənələr dişləyərkən.
Epizootiya –rayonda və ya ölkədə, bəzən isə bütün qitədə heyvanlar arasında
xəctəliyin geniş yayılmasına deyilir. Zərərvericilərin geniş yayılması da xalq
təsərrüfatına, xüsusən də meşə və kənd təsərrüfatına ciddi ziyan vurur. Eyni
zamanda insanların məhvinə də gətirib çıxarır. Məsələn, son bir neçə ildə yayılmış
quş qripi xəstəliyi bəzi yerlərdə insanların məhvinə səbəb oldu. 2005-2010-cu
illərdə quş qripi nəticəsində dünyada yüzlərlə adam məhv olmuşdu.
Epifitotiya –bitki xəstəliklərinin yayılmasından ibarətdir və əsasən bu xəstəliklərlə
səciyyəvidir: dənli bitkilərin pas xəstəliyi, çəltiyin göbələkcik xəstəliyi, fitoftoroz,
yaxud kartof çürüməsi- kartofun yarpaq, budaq və kökünü çürüdən ən zərərli
göbələkcik xəstəliyi və c. Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə
edilməməsi nəticəsində də bitkilər məhv ola və ya xəstəliklərə məruz qala bilər.
Infeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə insanların, heyvanların və
bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o cümlədən də
dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir.