-girişin elementləri (tamburların, tambur-şlüzlərin, tambur-önünün divarları,
pilləkənləri və pandusları), onların üzərindəki örtükləri qoruyucu tərtibatlı
giriş
yerləri başlıq hissələr;
-qəza çıxış yollarının element-lağımlarının və mühafizə edilən başlıq hissənin,
qoruyucu tərtibatlı çıxış yerinin (qapılar, qapaqlar, birtipli bölmələr) divarları, üst
ötrükləri və bünövrələri.
Sığınacaq kimi uyğunlaşdırılan binaların konstruksiyaları kifayət qədər möhkəm
və davamlı olmalı və orada daldalanan adamların zərbə dalğasından, ionlaşdırıcı
ş
üalanmalardan, işıq şüalanmasından və yanğınlar vaxtı
istiliyin təsirindən
mühafizəsini təmin etməlidir. Binalar hermetik olmalıdır. Bina ilə birgə tikilən
sığınacaqların konstruktiv forması bu binaların (tikintinin) konstruksiya nəzərə
alınmaqla müəyyən edilir.
Yeni
sığınacaqlar
layihələndirilərkən
birtipli
yığma
dəmir-beton
konstruksiyalardan istifadə edilən karkaslı sxemlər
tətbiq etmək tövsiyə olunur,
müvafiq mühəndis əsaslandırılması olan hallarda isə karkassız sxemlər də tərtib
edilə bilər.
Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır:
-üst örtükləri (örtüklər)-tirli (tirlərin ucuları-rigellər sütunlara dirənməklə), yaxud
tirsiz olmalıdır. Son illər sığınacaqların üst örtüyü üçün
yüksək texniki-iqtisadi
göstəricilərə malik yığma-monolit tirsiz konstruksiyalardan geniş istifadə olunur;
-divarlar-yığma dəmir-beton lövhələrdən, beton bloklardan,
monolit dəmir-
betondan və möhkəmlik üzrə tələbləri ödəyən digər inşaat materiallarından geniş
istifadə olunur;
-dirək bünövrələri-yığma və ya monolot dəmir-betondan olmalıdır;
-arakəsmələr-armatur, kərpicdən, yığma
dəmir-betondan, davamlı doldurucu
betondan və digər odadavamlı materiallardan tikilməlidir;
-giriş yerlərinin qoruyucu tərtibatları-dövlət standartlarına (DST) müvafiq
hazırlanmış qoruyucu – hermetik
və hermetik darvazalar, qapı və qapaqlardan
istifadə olunmaqla hazırlanmalıdır;
-sığınacaq kimi tikilən binanın digər binaları ilə xarici əlaqələrini təmin edən
kommunikasiyalar-bu binaya giriş yerlərində konpensasiya tərtibatları qoyulması
nəzərdə tutulmalıdır.
Mühəndis kommunikasiyalarının girişləri sığınacağın içərisində onlara baxış və
təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə də
kanalizasiyanın çıxış yerində sığınacağın içəri tərəfində bağlayıcı armaturlar
qoymaq lazımdır. Sığınacaqları və onların konstruksiyalarını suyun dağıdıcı
təsirindən mühafizə etmək, qurğunun və oradakı avadanlıqların normal istismarını,
habelə otaqlarda lazımi temperatur-rütubət
rejimini təmin etmək üçün
sığınacaqlarda hidroizolyasiya düzəldilir.
Dostları ilə paylaş: