Deqazasiyanın
kimyə
vi üsulu deqazasiya maddələrinin
zəhərlənmiş obyektlərin
üzərindəki zəhərləyici maddələrlə kimyəvi əlaqələrə qoşulmasına əsaslanır.
Nəticədə qeyri-toksik birləşmələr əmələ gəlir
Deqazasiyanın bu üsulu zəhərlənmiş yerlərin deqazasiya məhlulları
(suspenziya), yaxud DTS QK (xlorlu əhəng) suslu sıyığı ilə təmizlənməsi
vasitəsilə əldə edilir.
Bu üsulla deqazasiya zamanı xüsusi maşınların deqazasiya maddələrində
isladılmış fırçalarından, əskilərdən və s. istifadə olunur. Zəhərlənmiş qurğuların
xüsusən də ağac, dəri, toxuma əşyaları yuxarıdan aşağıya doğru istiqamətdə silib
təmizləyirlər.
Zəhərləyici maddənin
növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri
ə
vvəlcədən 1-№-li deqazasiya məhlulu ilə təmizləyir, sonra isə 2-aş (2-bş) №-li
deqazasiya məhlulundan istifadə edirlər.
Zəhərləyici maddənin növü müəyyən edilibsə,
bu zaman iprit, V-qazı tipli
zəhərləyici maddələri - 1-№-li deqazasiya məhlulundan, zoman tipli ZM-lə
zəhərlənmədən 2-aş (2-bş) №-li deqazasiya məhlulundan
istifadə olunmaqla
deqazasiya edirlər.
1-№-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və
bu məhlulların artıcı metal səthlərin güclü korroziyasına səbəb olur. Məhz buna
görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2-aş №-li deqazasiya
məhlulu ilə silinməli, sonra təmizlənib yağlanmalıdır.
1-№-li və 2-aş №-li məhlullar boyaq örtüklərini dağıdır. 2-aş №-li məhlul bundan
ə
lavə, alüminium səthlərə də həmin cür təsir göstərir.
V-qaz və ipritlə zəhərlənmiş qurğu, texnika və avadanlıqları texniki vasitələrin
köməyilə DTS QK suspenziyaları ilə deqazasiya etmək olar.
DTS QK suspenziyası DK-4 komplekti vasitəsilə də tədbiq edilərkən suspenziya
avtomobilin mühərrikində işlənilmiş qazların tərkibindəki karbon qazının hesabına
turşulaşır. Nəticədə onun oksidləşdirici qabiliyyəti artır, reaksiya daha tez və
dolğun keçir.
Deqazasiyanın
fiziki-kimyə
vi üsulu. Bu
üsul yuyucu məhlullar yaxud
həlledicilər vasitəsilə zəhərlənmiş səthdən ZM-in yuyulmasına əsaslanır.
Deqazasiyanın effektliliyinə görə, xüsusən də ZM-i qatı resepturalarının
deqazasiyası zamanı, yuyucu məhlullar deqazasiya məhlullarına nisbətən zəifdir.
Amma yuyucu məhlulların istifadəsində də obyektlərin ilkin zəhərlənmə dərəcəsi
10-100 dəfə azalır, bəzən tam təmizlənir.
Həlledicilərdə deqazasiya ZM zəhərsizləşdirilmir,
amma həll olunub
həlledicilərlə birlikdə zəhərlənmiş səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ
neft, dizel yanacağı, dixloretan, spirt daha çox işlədilir. Dixloretan zəhərlidir və
onu qapalı yerlərdə işlətmək olmaz.
Deqazasiyanın
fiziki üsulu yüksək temperaturlu qaz axının təsiri şəraitində
zəhərlənmiş səthlərdən ZM-in buxarlanması və qismən parçalanmasına əsaslanır.
Bu üsul istilik maşınları vasitəsilə aparılır.
Dostları ilə paylaş: