Dezaktivasiya - çirklənmiş əşyaların səthindən radioaktiv maddələri kənar
etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır.
Deqazasiya - zəhərləyici və qəza təhlükəli kimyəvi maddələrin məhv edilməsi
(neytrallaşdırılması) və ya onların səthlərdən kənar edilməsidir.
Bu zaman əsas
məqsəd ondan ibarətdir ki, zəhərlənmə baş verməsin və yaxud zəhərlənmə yol
verilən təhlükəsiz normayadək azaldılsın.
Dezinfeksiya - xəstəlik törədən mikroorqanizmlərin
məhv edilməsi, toksinlərin
zərərsizləşdirilməsidir.
Dezinseksiya - düşmən tərəfindən infeksion xəstəlikləri yayan daşıyıcılar tətbiq
edildikdə həşəratların tələf edilməsi üçün dezinseksiya tədbirləri həyata keçirilir.
Deratizasiya - infeksiya mənbəyi olan və onu yayan gəmiricilərin tələf
edilməsidir.
İ
nsanların sanitar təmizlənməsi - insanların dəri səthindən və göz qişalarından
radioaktiv,
zəhərləyici
və
bakterioloji
maddələrin
təmizlənməsidir
(kənarlaşdırmaq).
İ
nsanların sanitar təmizlənməsi zamanı onların paltarlarının zərəsizləşdirilməsi
işlərini yerinə yetirməkdən- dezaktivasiyadan, deqazasiyadan və dezinfeksiyadan
ibarətdir.
Xüsusi təmizləmə işləri
yerinə yetirmə şəraitindən, vaxtın və vəsaitlərin
olmasından asılı olaraq, zərərsizləşdirmə və sanitar təmizlənmə qismən və tam
həcmdə yerinə yetirilə bilər.
Qismən təmizləmə profilaktik xarakter daşıyır, adətən zəhərlənmə ocaqlarında
görülən işləri dayandırmadan yerinə yetirilir və çirklənmənin dərəcəsini azaltmağa
xidmət edir.
Tam xüsusi təmizləmə insanlar, texnika zəhərlənmə ocaqlarından çıxarıldıqdan
sonra, xüsusi avadanlıqlı məntəqələrdə səthləri
zəhərlənmədən tamamilə
təmizləmək məqsədilə həyata keçirilir.
Dostları ilə paylaş: