Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə45/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   38   39   40   41   42   43   44   45   46
mm cavab01az

49. Obyektlərdə və şəhərlərdə (rayonda) rabitə sisteminin təşkili. 


Rabitə sistemi əmin amanlıq dövründə mövcud olan rabitə qovşaqları, 
stansiyaları və xətlərindən, eləcə də MM qərargahlarının tabel rabitə vasitələrindən 
istifadə olunmaqla təşkil edilir. 
Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna 
bütün mövcud qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir 
mərkəzdə 
(MM 
rabitə 
xidmətində) 
cəmləşdirmək, 
onlara 
rəhbərliyi 
mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks 
halında istifadə etməklə nail olmaq mümkündür. 
Şəhərin (rayonun) rabitə xidməti imkan verməlidir ki, MM rəhbərləri öz 
idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və mülki müdafiə qərargahları, 
ə
razi MM dəstələrinin komandirləri, kəşfiyyat orqanları, əhalini köçürmə 
(qəbuletmə), həmçinin hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün 
ə
halini vaxtında xəbərdar etmək mümkün olsun. 
Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) 
olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını, 
obyekt idarəetmə məntəqəsinin rabitə qovşağını və MM dəstələrinin rabitə 
vasitələrini özündə birləşdirir. 
İri müəssisələrdə rabitə qovşaqlarında, adətən, istehsalat avtomat – telefon 
stansiyası (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərdə, şöbələrdə 
dispetçer rabitəsi) olur. 
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator 
(telefon stansiyası) radiorabitə vasitələri (əsasən ultraqısadalğa), siqnal vasitələri, 
vacib obyektlərdə isə həmçinin son bloklu xəbərdarlıq cihazı olmalıdır.
Hərbiləşməmiş MM dəstələrinin rabitə vasitələri – müxtəlif tipli telefon 
aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalardan və tabel üzrə 
verilən digər avadanlıqdan ibarətdir. 
Rabitə xidmətlərini icra etmək üçün obyektlərdə, eləcə də MM dəstələrində 
rabitə qrupları və manqaları yaradılır. Bunların təşkilatı strukturu, şəxsi heyətinin 
sayı və avadanlıqla təchizat normaları yuxarı MM rəhbərləri tərəfindən müəyyən 
edilir. Obyektin rabitə sistemi MM – in bütün fəaliyyət məntəqələrində - yəni 
müəssisənin daimi yerləşdiyi yerdə, köçürülmüş fəhlə və qulluqçular məskunlaşan 
şə
hərdənkənar zonada, MM qüvvələri zədələnmə ocaqlarına yürüş edərkən və 
xilasetmə işləri aparılan sahələrini etibarlı rabitə ilə təmin etməlidir. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin