Ehtimal olunan hərbi münaqişələrinin xarakterindən, ölkədə xalq təsərrüfatının
vəziyyətindən və s. amillərdən asılı olaraq hazırda idarəetmə fəaliyyətinə yüksək
tələblər verilir. Bundan ən əsası aşağıdakılardır:
-idarəetmə qabiliyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək
bacarığından və qərarın tabelikdəkilər tərəfindən icrasına qətiyyət və inadla nail
olmasından ibarətdir.
-idarəetmə çevik olmalıdır. Bu, vəziyyətin dəyişməsinin operativ və çevik surətdə
nəzərə alınması deməkdir.
-idarəetmə fasiləsiz və dayanıqlı olmalıdır; yəni
bu sistem sülh və müharibə
dövrlərindəki hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə
fasiləsiz rəhbərlik etməyə imkan verməlidir.
-idarəetmə prosesində məxfilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət
edilməlidir.
-idarəetmə işinə verilən ən əsas tələblərdən biri – onun bütün vəsilələrin – rəhbər
heyətin, idarəetmə orqanlarının
digər heyətlərinin, rabitə və xəbərdarlıq
vasitələrinin və s. fəaliyyətə daimi hazır saxlanılmasıdır.
Dostları ilə paylaş: