Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə44/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   38   39   40   41   42   43   44   45   46
mm cavab01az

48. MM – də rabitənin növləri və xəbərdarlıq sisteminin vəzifələri. 
Rabitə - idarəetmə sisteminin tərkib hissısidir və onun əsas vasitələrindən 
biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən, 
fövqəladə hallar yaranan dövrdə, müharibə vaxtı, habelə təbii fəlakətlər və güclü 
istehsalat qəzaları baş verən şəraitdə rabitə çox böyük əhəmiyyət kəsb edir. Buna 
görə də MM – in bütün vasitələrində - obyektlərdə, rayon və şəhərlərdə, 
respublikada onun rəhbərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri 
təşkil edilir. 
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri – tabelikdəkilərin 
fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını, 
həmçinin sərəncamların, siqnalların və məlumatların vaxtında verilməsi və qəbul 
olunmasını təmin etməkdən ibarətdir. Rabitə - yuxarı təşkilatın rəhbəri, tabelikdəki 
qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr 
arasında təşkil edilir. 
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın etibarlı 
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verilməlidir. 
Rabitənin təşkili üçün radiotelefon (məftilli rabitə), səyyar və siqnalla rabitə 
vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyilir. 
Radio və telefon rabitə növü ən mürəkkəb şəraitdə belə, istənilən məsafədəki 
çoxlu orqanlarla, eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan 
verir. 
Məftilli rabitə vasitələrindən isə həm sülh, həm də hərbi dövrdə mülki 
müdafiənin bütün vasitələrindən daha geniş istifadə olunur. 
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür 
operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də 
yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, 
vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda 
isə hətta piyadalardan da istifadə edilə bilər. 
Siqnalla rabitə vasitələrindən - əhalini xəbərdar etmək, habelə göstəriş və 
siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl 
sirenalarından, siqnal raketlərindən, yəni işıq və səs siqnalı verən vasitələrdən 
ibarətdir. 
Xəbərdarlıq müvafiq MM rəhbərinin və yaxud yuxarı qərargahın göstərişlərinə 
ə
sasən təşkil edilir. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin