Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə33/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   29   30   31   32   33   34   35   36   ...   46
mm cavab01az

Tam dağıntılar zamanı bina və qurğular tamamilə dağılıb tökülür (yanır). 
Yalnız özüllər və möhkəm zirzəmi otaqlar qismən salamat qala bilər. Mühəndis 
şə
bəkələri basılıb əzilir və ya partlayır. Belə obyektlərin bərpası, adətən mümkün 
və ya məqsədəuyğun deyil.
Güclü dağıntılar zamanı qurğuların ancaq bəzi hissələri aşağı mərtəbələrin 
divarları, dəmir beton karkasların ünsürləri, yeraltı otaqlar salamat qalır. Mühəndis 
şə
bəkələri ayrı-ayrı sahələrdə qırılır və ya deformasiyaya uğrayır. 
Orta dərəcəli dağıntılar zamanı binaların qəfəsləri və qurğuların digər möhkəm 
konstruksiyaları (əsas divarlar, dəmir-beton örtüklər və s.) salamat qalır. Bəzi 
yerlərdə mühəndis şəbəkələrinin birləşmələri pozulur. Xeyli bərpaetmə işləri tələb 
olunur. 
Zəif dağıntılara bina və qurğuların ikinci-dərəcəli ünsürlərində - damlarda, 
yardımçı yüngül tikililərdə, pəncərə və qapı çərçivələrində, şüşəbəndlərdə baş 
verən xırda deformasiyalara aid edilir. Binaların daxilində divarların suvağı, 
arakəsmələr, qapı çərçəvələr, zədələnir.
37. Bərpa işlərinin növləri 


Qəza və təbii fəlakət nəticələrinin aradan qaldırılması dövründə yaranan 
şə
raitdən, obyektlərdən istifadə olunması müddətindən, dağıntıların xarakterindən 
və həcmindən ilin fəslindən və havanın proqnozundan, eləcə də bərpa işlərinin 
yerinə yetirilməsi üçün ayrılmış qüvvə, vasitə və vaxtdan asılı olaraq, bərpa 
işlərinin üç növü olur: qısamüddətli, müvəqqəti və əsaslı bərpa işləri.
Qəza və ya təbii fəlakət nəticələrinin aradan qaldırılmasında obyektin bərpası 
qısamüddətli və ya müvəqqəti xarakterli ola bilər. Bəzi hallarda belə işlər ardıcıl 
surətdə icra edilir.
Qısamüddətli bərpa müvəqqəti bərpanın bir növü hesab edilir; bu, müvəqqəti 
bərpadan əvvəl, davam etməkdə olan təbii fəlakət şəraitində yerinə yetirilən və 
müvəqqəti bərpaya nisbətən texniki cəhətdən kənar təmin olunan bərpa növüdür. 
Təbii fəlakətlərlə təcili mübarizə şəraitində adətən, əsaslı bərpa işləri aparılmır. 
Ə
saslı bərpa ancaq təbii fəlakətin təsiri qurtarandan sonra onun nəticələri aradan 
qaldırılarkən yerinə yetirilir. Bərpanın növü yuxarı təşkilatın, nazirliyin, baş 
idarənin, ərazi orqanlarının qərarı ilə müəyyən edilir.
Qısamüddətli bərpa işləri, adətən, əlaltı materiallardan və yığılıb-sökülən 
konstruksiyalardan istifadə olunmaqla aparılır. Bu zaman belə bərpa işlərinin icra 
müddəti - saatlarla, bu cür bərpa olunan obyektlərin fəaliyyət müddəti isə günlərlə 
hesablanır.
Qısamüddətli bərpanın əsas xüsusiyyəti - işlərin icrasının təcili xarakter 
daşıması, bərpa olunan konstruksiyaların isə qısamüddətli istismar üçün nəzərdə 
tutulmasıdır.
Dağılmış obyektin daimi və ya müvəqqəti bərpası isə zədələnmiş qurğuları 
qismən (və bəzi sadələşdirmə yolu ilə) bərpa edərək obyektin xeyli bir müddət 
fəaliyyət göstərməsinə nail olmaq üçün aparılır. Məsələn, binanın ancaq bir neçə 
mərtəbəsinin bərpa olunması, yaxud deformasiyaya uğramış yol örtüyünün 
bütünlüklə deyil, bəzi sahələrinin qaydaya salınması bu qabildəndir.
Obyektlərin əsaslı bərpası onların daimi istismarını təmin etmək üçün yerinə 
yetirilir. Bu zaman qurğunun qısa müddətdə mənəvi cəhətdən köhnəlməsinin 
qarşısını almaq məqsədilə qurğuları yenidən qururlar (modernləşdirirlər). 
Dağıdılmış nadir və tarixi əhəmiyyətli obyektlər lazımi hallarda restavrasiya edilib 
ə
vvəlki şəklinə salınır.
İşlərin icrasında zavodlarda hazırlanan yığma konstruksiyalardan istifadə 
olunur. İşlərin icrası aylarla davam edir. Bərpa edilmiş obyekt on illərlə istismar 
üçün nəzərdə tutulur.
Əsaslı bərpa – sənaye qəzaları və təbii fəlakət nəticələrinin tamamilə aradan 
qaldırılması prosesində qurğuların bərpa edilməsinin əsas növüdür. 
Təbii fəlakətlərlə mübarizə və müxtəlif qəzaların məhdudlaşdırılması işləri 
aparılarkən bərpa işlərinin icrasını çətinləşdirən xüsusi şərait amilləri 
aşağıdakılardan ibarətdir: işlərin qısa müddətdə yerinə yetirilməsi lüzumu; işlərin 
icrası layihəsinin (İLL) və əvvəlcədən hazırlanmış tikinti meydançasının 
olmaması; ərazinin zəhərlənməsi ehtimalı və təbii fəlakətlərin davam edən təkrar 
təsiri. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin