Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə28/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   24   25   26   27   28   29   30   31   ...   46
mm cavab01az

31. Fövqəladə hallarda mülki müdafiənin mühafizə qurğularının təyinatı və 
təsnifatı. 
Fövqəladə hallarda əhali arasında itkilərin qarşısının alınması və ya maksimum 
dərəcədə azldılmasına yönəldilən mühəndis – texniki tədbirlər kompleksinə 
mühəndis – mühafizə sistemi deyilir. 
Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, 
yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif 
edilir. 
Təyinatına görə
-idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular; 
-Əhalinin mühafizəsi üçün qurğular. 
Tikilmə müddətlərinə görə
-əvvəlcədən tikilən qurğular ( sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə 
tikilən; əsaslı və rekonstruksiya prosesində tikilən) 
-teztikilən qurğular. 
Mühafizə xassələrinə görə: 
-sığınacaqlar; 
-radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar); 
-sadə daldalanacaqlar ( sığınacaqlar vəradiasiya daldalanacaqları çatışmadıqda ) 
Yerləşdirilməsinə görə


-bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci 
mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı 
binalarda); 
-binadan ayrı tikilən qurğular. 
Yüklənən konstruksiyaların materialına görə
-dəmir – beton konstruksiyalı qurğular; 
-daş divarlı qurğular. 
-meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular. 
 
32. Əsas təyinatlı otaqlar. 
ğınma otaqları (SO) – əhalinin daldalanması və yerləşdirilməsi üçün bir, iki və 
üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır. 
Sığınacaqda adamların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda 
sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır. 
Adamların daldalanması üçün otaqların sahəsi ikimərtəbəli taxtlar qoyularkən hər 
adam üçün 0,5kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4kv.m hesablanmalıdır. 
Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m olmalıdır. 
Otaqların hündürlüyü onlardan sülh dövründə nə məqsədlə istifadə ediləcəyindən 
asılıdır, lakin döşəmədən üst örtük konstruksiyalarının ən aşağı hissəsindəki 
məsafə 3,5 m-dən çox olmamalıdır. Otağın hündürlüyü 2,15 m-dən 2,9 m-dək olan 
hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli taxtlar 
qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 m olan 
binalardan sığınacaq kimi istifadə etməyə icazə verilir. Belə hallarda burada ancaq 
birmərtəbəli taxtlar qoyulmalıdır. 
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0,45 × 0,45 m, 
yuxarı mərtəbələrdə uzanma yerləri isə 0,55 × 1,8 m hesabı ilə müəyyən edilir.
Taxtların döşəmədən hündürlüyü birinci mərtəbədə 0,45 m, ikinci mərtəbədə-1,4 m 
və üçüncü mərtəbədə 2,15 m olmalıdır. Ən yuxarıdakı mərtəbədə otağın üst 
örtüyünə (tavanına) və ya tavan konstruksiyasının aşağı hissəsindəki məsafə ən azı 
0,75 m götürülür. 
Daldalanan adamların oturması və uzanması üçün yerlər stasionar ola bilər 
(sığınacaq tikilərkən düzəldilir). Əgər belə taxtlar sığınacaqlardan sülh dövründə
təsərrüfat ehtiyacları üçün istifadə etməyə maneçilik törədirsə, onlar sığınacaq 
mühafizəyə hazırlıq rejminə keçilərkən düzəldilir. Sığınacağın geniş sahəli 
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır. 
İ

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin