Microsoft Word mm cavab az imtahan docx



Yüklə 381,89 Kb.
Pdf görüntüsü
səhifə27/46
tarix09.11.2022
ölçüsü381,89 Kb.
#68159
1   ...   23   24   25   26   27   28   29   30   ...   46
mm cavab01az

30. Fövqəladə hallarda təhlükəsiz ərazi və köçürülmə üsulları.
Təhlükəsiz ərazi – düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə 
obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli 
rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün 
yararlı olan ərazidir. 
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, 
təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu 
rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin 
sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz 
zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların 
təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya 
gətirilməsinə isə minimal (ən çox 4 saat) vaxt sərf edilsin. 
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir: 
-müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlardan əhalinin etibarlı 
mühafizəsini;


-müssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt 
sərf etməklə gətirilməsini; 
-MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə 
qruplaşdırılmasını; 
-lazımi gigiyena – sanitariya şəraitini. 
Köçürülmənin aşağıdakı növ üsulları vardır: 
-bütün növ nəqliyyat vasitələri ilə; 
-piyada üsul (əsas); 
-kombinasiyalı üsul. 
Köçürüləcək əhalinin sayı nəqliyyat vasitəsinin və nəqliyyat şəbəkəsinin 
olmasından, onun buraxma imkanından və s. şərtlərdən asılı olaraq köçürmə 
komissiyası tərəfindən müəyyən edilir. Ilk öncə tibbi müəssisələr, uzaq məsafələri 
piyada gedişlə qət etmək imkanı olmayan şəxslər(hamilə qadınlar, 14 yaşına kimi 
uşağı olan qadınlar, 65 yaşından böyük kişilər və 60 yaşından böyük qadınlar) və 
öz fəaliyyətini fövqəladə halda da davam etdirən azad növbəli müəssisələrin 
işçiləri və əməkdaşları köçürülürlər. Köçürmə üçün avtomobil, dəmiryol, su və 
hava nəqliyyat vasitələrindən istifadə edilə bilər. 
Ə
halinin piyada üsulla köçürülməsi yollar, yol kənarları və yoldankənar qeyd 
olunmuş marşrut üzrə həyata keçirilməlidir. Hərəkətin orta sürəti 4 km/saat-dan 
artıq olmur. Hər 1- 1,5 saatdan sonra 10-15 dəqiqəlik, yolun yarısını qət etdikdən 
sonra isə 1-2 saatlıq böyük istirahət nəzərdə tutulur.
Kombinasiyalı üsul- bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan 
bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır. 

Yüklə 381,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin