50. Obyektlə
rdə
və
şə
hə
rlə
rdə
(rayonda) xə
bə
rdarlıq sisteminin təş
kili.
MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir;
Xəbərdarlıq siqnallarının həm respublika MM qərargahı tərfindən verilib regional
bölmələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması
mümkündür, həm də
siqnal, məlumat və xəbərlər şəhər rayon və obyekt MM qərargahlarının
özləri
tərəfindən verilə bilər.
Xəbərdarliq sistemi obyektlərdə rəhbər heyətin,
MM dəstələrinin və digər
işçilərinin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən
sənəddir.
Siqnal və sərancamları tez çatdırmaq üçün vacib obyektlərin MM – in
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar.
Belə sistem obyektin özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S – 40 və S – 28
elektrik sirenalarından, məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (Mİ
- MCA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S – 40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300 – 700 metrdən
eşidilir. S – 28 sirenası isə sənaye müəssisələrinin səs küylü sexlərində qoyulur.
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli)
xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir
sturukturda birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə
hallar yarandığı barədə
həmin obyektin işçilərini, habelə ehtimal olunan
zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və
təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Lokal
xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi məsələn,
kimyəvi
təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı – buradan yaşayış
məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri –
elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio
repreduktorlar.
Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir:
“ Kimyəvi təhlükəli obyektdə güclü təsirli zəhərli maddələrin ətrafa yayılması
ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında
birtipli təlimat” mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar
yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin
2,5 km – dək radiusda yerləşən digər müssisələrin, idarə və təşkilatların
rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək
səlahiyyətinə malikdir.