Birinci dastan “Sirlər xəzinəsi”. Əruzun səri bəhrində yazılmış 2260 beytdən
ibarətdir. Bu vəzndə Nizamiyə qədər heç kəs məsnəvi yazmamışdır. Bu əsər şairin
cavanlıq dövrünə 30 yaşına təsadüf edir və onun bacarığını bariz şəkildə göstərir. “Sirlər
xəzinəsi” bir mürəkkəb əsəri ancaq mütaliəsi geniş olan bir şəxs yaza bilərdi. “Sirlər
xəzinəsi” dünya ilə bağlı, fəlsəfi fikirlərlə dolu bir poemadır.
İkinci dastanı “Xosrov və Şirin”. Həzəc-müsəddəs vəznində yazılıb 6500 beytdən
ibarətdir. Nizamiyə qədər bu vəzndə Fəxri Qorqani məsnəvisi “Vis və Ramin”
olmuşdur. Lakin “Xosrov və Şirin” dastanı qarşısında çox kiçik bir əsərdir. Bəlkə də ona
görə dillər əzbəri olmamışdır. Günəşin qarşısında cüzi işıq saçan bir çıraq kimidir.
Heç şübhəsiz dünya ədəbiyyatında “Xosrov və Şirin” kimi bir məhəbbət dastanına
rast gəlmək çox müşkül məsələdir.