Microsoft Word monoqrafiya docx


Elm, İrfan, qayda və əxlaq



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə24/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
Elm, İrfan, qayda və əxlaq. Nizami əksər qədim elm, mədəniyyət və sivilizasiyanı 
o qədər yüksək mənimsəmişdi ki, hikmət, əxlaq, irfan və ərəb dilini kamil bilməsi sanki 
ona ilahi bir qüvvə vermişdir.  Şairlik isə başqa bir istedad idi. O, fəlsəfi fikirlərini 
şairanə çatdırırdı. Nizami bütün hikmətini asanlıqla işə salmışdır. O, əxlaq qaydalarını 
bəşər övladına aşılamışdır.  
Burada müəllif bir çox məqamları qeyd etsə  də, bəzi fikirlərdən yan keçmişdir. 
Nizaminin özünün yazdığına görə dayısı Xacə Ömər dövrünün qabaqcıl adamı kimi 
gləcəkdə dahi şairin həyatında mühüm yer tutmuşdur. Belə ki, onun mükəmməl təhsil 
alması üçün Xacə Ömər, Nizamiyə dövrün ən qabaqcıl müəllimlərini tutmuş ki, bu da 
önəmli bir stimuldur. Yaxşı bir atalar sözümüz var ki,  toyuq nə qədər yağlı olsa da, öz 
yağında bişmir, ona ayrıca bir yağ da əlavə olunur. 
Bu baxımdan Nizaminin  dayısı Xacə Ömərin köməyi danılmazdır. 
Ağıl elmi. Nizami ağlı hər şeydən üstün tutmuşdur: “Ağıldır hər kəsin dövləti malı” 
demişdir. Ona görə  də o, həkim,  şeyx, filosof kimi qəbul edilmişdir. Nizami bütün 
xəmsəsi boyu ağlın hər  şeydən üstün olduğuna eyham vurmuşdur. Insan ağlı ilə ucala 
bilər:  
                                    “Ucalmaq istəsən bir kamala çat
               Kamala ehtiram göstərir həyat”. (103-114) 
Adi işçi ağıllı olsa, özünü idarə edə biləcək, ruzisini qazanıb ailəsini saxlaya 
biləcək. Ancaq  hökmdar ağılsız olsa, ölkəni uçuruma sürükləyəcək.  


52 
 
 
“Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,  
İllərcə yatan bəxtim bidar olacaq bir gün”. (103-165) 
Nizami xəmsəsi başdan-ayağa öyüd, nəsihət və ağıl dəryasıdır. Bəşəriyyətə o qalır 
ki, bu dəryadan lazımı qədər doğru istifadə etsin.  
Tibb elmi. Nizami yazılarından məlum olur ki, o, tibb elminə bələd olmuşdur. Elə 
tibbi mülahizələr meydana sürür ki, adamda belə bir fikir formalaşır ki, şair tibb elmi ilə 
məşğul olmuşdur. Sağlamlıq, tibbi məsləhətlər onun bu elmin dərinliyinə getməsindən 
xəbər verir. Əsərlərində yeri gəldikcə onları yerli-yerində işlətməsi də bunu sübut edir.  

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin