48
1.
Əgər Nizaminin atası İraqdandırsa da, ora əlbətdə “qumluq” bir sahədir və şair də
buna işarə edir.
2.
Qum şəhəri İranda böyük şəhərdir. Nizami ora işarə etmir.
3.
Ləzgilərin Qax rayonunda bir Qum kəndi var Nizamini ora aparıb çıxartmaq
gülüncdür. Yenə İraq, Gəncə və İranın
Qumu inkişaf etmiş yerlərdir, oradan Nizami
yetişib çıxa bilər. Amma Qum kəndindən Nizaminin yetişməsi heç cür mümkün deyil.
Digər
tərəfdən bütün təzkirəçilər, Nizamişünaslar ömür boyu təsdiq ediblər ki, Nizami
Gəncədə doğulub, təhsilini burada alıb, xəmsənin 5 əsərini bu şəhərdə yazıb, buradan
heç kənara çıxmayıb və burada da dəfn olunub və məzarı indi də ziyarətgaha
çevrilmişdir.
V.Dəstgerdi professor Ripkanın da Nizaminin Gəncədə olması fikirlərini də
göstərir. Buna misal olaraq “Xosrov və Şirin”dəki 14-cü səhifə, “Şərəfnamə”dəki 44-cü
səhifələri göstərmək kifayətdir.
Dostları ilə paylaş: