46
Ata, babası və ulu babası kimlərdir?
Atasının adı Yusif, babası Zəki, ulu babası Müəyyəd olmuşdur.
Yenə şairin öz
yazdığı beytlərdən bu, aydın olur. Oğluna müraciətdə isə Məhəmməd
Nizami oğlu deyə
təsdiqləyir.
Nizaminin anası: Bu qadın kürd qəbiləsindəndir. Bunu şairin özü də yazır:
Gər
madəre mən rəiseye kord,
Madər sefətanə pişe mən mord.
Anam
kürdün rəisəsi olsa da,
Qarşımda ana sifətində öldü. (103-19)
Şairin dayısı: bu
adam Xacə Ömər olmuş, dövrünün mütərəqqi adamı sayılmış və
Nizaminin savad almasında əsas rol oynamışdır. Nizami bu barədə yazır:
Xacə Ömər mənim dayım idi,
Həm də mənim qol-qanadım idi. (103-21)
Dostları ilə paylaş: