Ustad Məhəmməd Tağı Cəfəri
Nizami Gəncəvi şeirlərində hikmət, irfan və etik mövzular.
Ipək yolunun üstündə duran qədim Gəncə şəhəri XII əsr Azərbaycan intibahının
mərkəzi, şeir, sənət ocağı, ipək, xalça, dulusçuluq, dəmir karxnaları ilə məşhur idi. O
zaman Şəddadilərin hökmranlıq dövründə təsadüf edirdi. Qətran Təbrizi öz qəsidələrini
burada yazırdı. Bu dövrdə Xaqani Şirvani, Fələki Şirvani kimi şairlər meydana çıxmışdı.
39
Bu şairlərin əksəriyyəti saray mühitini və ordakı şahlara tərif yazmaqla məşqul idilər.
Yalnız Xaqani buna etiraz edərək oranı tərk etmişdir. Nizami isə açıq-açığına saray
qulluğunda dayanan şairlərə nifrət edib şahlara mədh yazanlara gülürdü. Cəsarətlə
şahları doğru yola dəvət edir, şairləri isə əsl həyatı görməyə və hər şeyi real yazmağa
çağırırdı.
Bu qarın otaran duzsuz şairlər,
Sayəmdə dünyanı basıb yedilər.
Şikarı tutmağa aslan gərəkdir,
Tülkünün işi də müftə yemekdir.
Əlimin muzdu ilə dolanıram mən,
Cəlalım yaranır söz xəzinəmdən.
Şahlar məclisindən kənar ol, kənər,
Pambıq od görəndə alışıb yanar.
Nizaminin sevimli anları Afaqla yaşaması, kədəri onu itirməsi olmuşdur.
Şair “Xosrov və Şirin” dastanında buna toxunur.
Əğyara qəzəbli, mənə mehriban,
Könül yoldaşımdı o nazlı canan.
Nizaminin müəllif olduğu “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun” və
“İskəndərnamə” əsərlərində aşağıdakı mövzular diqqət mərkəzindədir.
1. Dini-fəlsəfi dünyagörüşü
2. Məntiq
40
3.Məhəbbət mövzusu və ilahi eşq (irfan)
4. Nəsihət
5. Zülmə qarşı mübarizə
6.Elmi mövzular
7. Əxlaq və etik normalar.
Nizami hər şeyi açıq ifadə edən, bədii dildə onu birbaşa deyən sənətkardır. Bütün
əsərlərində biz, bunun şahidi oluruq.
Ustad Məhəmməd Tağı Cəfəri, Nizami hikmətini o qədər gözəl açmışdır ki, orada
hikmət, irfan, əxlaq, nəsihət bir-birini tamamlamış, elə bir əlaqə yaratmışdır ki, mədhə
ehtiyac qalmamışdır. Şairin bütün müraciətlərinin başlanğıcında allah durur.
O, Hökmü hakimiyyəti aşkar,
Hikməti gizli olan Allahdır. (İqbalnamə 468)
Beləliklə,
İran mütəxəssislərinin Nizami Gəncəvi haqqındakı elmi
araşdırmalardan aydın olur ki, Nizami onlar üçün bitməz-tükənməz bir xəzinədir. Bu
xəzinədən hələ çoxları faydalana bilər. Həqiqətən də Nizamini hər dəfə oxuyanda yeni
bir mövzu özün üçün kəşf edirsən. Şairin dahi, mütəfəkkir, filosof, şeyx və həkim
adlarını özündə cəmləşdirməsi də məhz bununla əlaqədardır.
Onu qeyd etmək lazımdır ki, indiyə qədər elmi iş kimi “Nizami İran
ədəbiyyatşünaslığında” mövzusuna aid bir namizədlik dissertasiyası yazılmışdır. 1990-
cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülçin xanım Hüseynova
göstərilən mövzuya toxunmuşdur onu müvəffəqiyyətlə müdafiə edib filologiya elmlər
namizədi dərəcəsinə layiq görülmüşdür. Əslində Gülçin Xanım hər cür tərifə layiqdir ki,
41
belə bir çətin mövzunun öhdəsindən gəlmişdir. Çünki, Nizami yaradıcılığı çox
genişəhatəli bir mövzudur. Iran ədəbiyyatşünaslığından və Nizamidən söhbət gedirsə,
müəllif mütləq fars dilini bilməlidir. Bu baxımdan dissertant ikiqat əziyyət çəkməlidir
ki, bunun da öhdəsindən Gülçin Hüseynova məharətlə gəlmişdir. Mən, Gülçin xanımın
yazdığı dissertasiya işi və avtoreferatı ilə tanışam. Aydındır ki, hər bir dissertasiya işi
xeyli zəhmət tələb edir. Mən özüm də bu əziyyətləri görüb Gülçin xanıma qibtə edirəm.
Nizami İnstitunda yazılan bu elmi mövzu AAK-nın bütün o zamankı tələblərinə uyğun
yazılmışdır.
Lakin bundan artıq 24 il ötür. Indi təlimatlar, göstərişlər, fərmanlar dəyişdirilmiş, yeni
bir mərhələyə qədəm qoyulmuşdur. Belə ki, indi dissertant xarici dövlətlərin heç olmasa
birində mövzuya aid bir elmi məqalə çap etdirməlidir. Kitab və monoqrafiya yazmalıdır.
Yuxarıda sadaladığım bu göstəricilərin hamısı tərəfimdən yerinə yetirilmişdir. Əlavə
olaraq 20 məqalə yazılmışdır. Çox böyük məsuliyyət hissi ilə məsələyə yanaşmışam.
Üç xarici dövlətdə (Qazağıstan,Rusiya və Türkiyədə) məqalələrim çıxmışdır. On iki
məqaləm Azərbaycanın müxtəlif elmi təşkilatlarında nəşr edilmiş, 1 monoqrafiya 2 kitab
və Fars dili dərslik kitabım, 10 minlik Farsca-Azərbaycanca lüğətin müəllifi kimi onu
TQ üzrə DK-na təqdim etmişəm.
Bütün bunlar əlbətdə, Gülçin xanımda yoxdur. O, ancaq 4 konfrans məqaləsiylə
kifayətlənmişdir.
Digər tərəfdən mən 600 nəfər İran müəlliflərinin əsərlərinin Nizami haqqındakı
kitabiyyatını göstərmişəmsə, Gülçin Hüseynovada ancaq 10 müəllifdən söhbət açılır.
Iran ədəbiyyatşünaslarının ancaq Gülçin xanım 5-6 nəfərini əsas götürüb
açıqlayırsa, məndə onların sayı 15-dir.
42
Gülçin Hüseynova İran ədəbiyyatşünaslarının 1 əsərini belə tam Azərbaycan dilinə
tərcümə etməmişdir. Mən isə 8 əsəri dilimizə tərcümə etmişəm ki, dissertasiyaya baxan
hər bir şəxs üçün aydın olsun ki, İran alimləri Nizamidən nə? və necə ? yazmışlar.
Ümid edirəm ki, mənim bu sahədə çəkdiyim zəhmət hədərə getməyəcəkdir.
|