37
Ayrı-ayrı müəlliflərin yazdıqları tarixləri nəzərə alaraq Nizaminin XII əsrdə yaşayıb-
yaratdığı şübhə doğurmur. Digər tərəfdən Nizami Azərbaycanın qədim şəhərlərindən
biri sayılan Gəncə torpağının yetişdirməsi olması öz təsdiqini avtomatik surətdə tapmış
olur. ədəbiyyatların hamısında şərqşünaslar bu fikri vurğulamışlar. Məzarının da
Gəncədə olması buna əyani sübutdur. Lakin İran alimləri “İran ədəbiyyatı tarixi”
kitablarında nədənsə Nizamini fars şairləri sırasına salmışlar
1
.
Bizim fikrimizcə bununla heç cür razılaşmaq olmaz. Ona görə ki, fars dilində yazan
şairlərin hamısını “İran, fars şairi” adlandırmağa əsas yoxdur. Bu hal təkcə Nizamidə
deyil, C.Rumidə də özünü göstərmişdir.
Ancaq Azərbaycan alimləri də boş oturmamalı, elmi dəlillərlə bu fikirləri alt-üst
etməlidirlər. Barat Zəncani Nizaminin divanı olduğunu təsdiqləyib göstərir ki, şairin
divanında olan qəzəl, qəsidə, qitə və rübailər tam əlimizə gəlib çatmamışdır. Onun
müxtəlif hissələriniu Mançestr, Oksford, Kəlküttə, Rampurda və Leninqradda
mövcuddur. Bu sahədə V.Dəstgerdi, 1928-ci ildə müəyyən məlumatlar vermiş və
nümunələr vermişlər. Ancaq təəssüf olsun ki, Nizami divanı indiyə qədər tam şəkildə
əldə edilməmişdir.
Nizaminin özünün də İrana və fars dilinə böyük rəğbəti olmuşdur. Bunu İran
Şahlarından istifadə etməsi və fars dilinin bütün məna çalarlıqlarından istifadə etməsini
aydınca görürük.
Barat Zəncani tərəfindən acıqlanan Nizami “Xəmsə”si Nizamişünaslıqda irəliyə
atılmış bir addımdır. Lakin onun Nizamiyə Azərbaycanlı kimi yanaşmaması ilə
barışmaq olmaz.
Dostları ilə paylaş: