Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə8/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
Doktor Əbdülhüseyn Zərrinkub 
 Dünya ədəbiyyatının mühüm bir hissəsi olan İran ədəbiyyatı zəngin ənənələrə söykənən 
və güclü şairlərə malik olmaqla yanaşı  həm də  dərin köklərə söykənir. Bəzən bu 
ədəbiyyatı farsdilli ədəbiyyatın konteksindən cıxarılıb, fars ədəbiyyatı kimi təqdim 
etməyə çalışırlar. Nəzərə alsaq ki, Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai, Xaqani, 
Məhsəti, Nəsimi, Füzuli kimi nəhəng sənətkarlar fars dilində yazıb yaratmışlar, fars 
dilinin rolu danılmazdır. Lakin adları göstərilən sənətkarların hamsını farsmənşəli qəbul 
etmək olmaz. 


32 
 
 
     Bu nöqteyi- nəzərdən də Nizami də istisna deyil. Ancaq Nizaminin dünya şöhrəti və 
əsərlərini farsca yazması iranlılar tərəfindən illərcə onu fars şairi kimi qələmə vermişlər. 
Hətta, internet səhifələrində yazmaqdan belə  çəkinməmişlər. Müasir İran alim və 
ədəbiyyatşünasları da bu xülyadan əl çəkmək istəmirlər. Dolayısı ilə dünyanın  ən 
görkəmli alimi Ə.Zərrinkub da istisna deyil. Müasir İran  ədəbiyyatşünası Tehran 
universitetinin professoru, Əfqanistan, Hindistan, İsveç və ABŞ-da Oksford 
universitetlərində İran ədəbiyyatından dərs demişdir. 
 Son illərdə daha doğrusu 2004-cü ildə Nizamiyə həsr etdiyi “Gəncə piri və ya utopiya” 
əsəri Gəncə şəhəri, Atabəylər dövləti, Nizaminin həyat və yaradıcılığı, onun məfkurəsi 
haqqında dolğun məlumat verir. Yazılarından hiss olunur ki, Ə.Zərrinkub doğurdan da 
çox güclü alimdir. Lakin Nizaminin mənşəyinə  gəldikdə onun Gəncədə doğulmasını 
təsdiq etsə  də, babasının  İraqdan köçüb Gəncəyə  gəlməsi və burada məskunlaşması 
versiyasını irəli sürür. Halbuki buna heç bir əsası yoxdur. Bizcə bu  məsələ elə ehtimal 
olaraq da qalacaqdır. 
   Bütün  bunlara  baxmayaraq  Zərrinkub Azərbaycan, Gəncə, o  dövrün tarixi 
şəxsiyyətləri, Nizaminin həyat, yaradıcılığı, məfkurəsi, hansı dinə inanması  və  əsərləri 
barədə çox müfəssəl məlumat verir. “Xəmsə”si haqqında olduqca gözəl təhlil 
aparmışdır. Yazdıqlarından da məlum olur ki, kim pir tapmaq istəyirsə  də, Gəncədə 
Nizaminin ətəyindən yapışsa kifayətdir. 
  
Ancaq 
yazılanlarında bir qədər utopiya olduğuna işarə vurur. Bununla belə tarixi 
hadisələrin və  şəxsiyyətlərin yaşadığı dövrləri Nizaminin doğru yazdığına görə  şairə 
minnətdarlıq edir. Ə.Zərrinkub Nizamini  fars ədəbiyyatının   incisi adlandırılması  və 
Firdovsi qədər sevilməsini  vurğulayır. Əlbətdə , bu fikir öz-özlüyündə çox qiymətlidir. 
Ancaq Nizamini fars ədəbiyyatı daxilində verib, Azərbaycan şairi kimi göstərməməklə 
biz, heç cür razılaşa bilmərik. Bu sahədə bizim də günahımız az deyildir. Biz, Nizaminin 
800 illik yubileyinə  qədər ondan heç söhbət açmamışıq.  İran  ədəbiyyatşünasları isə 
Nizami ilə ciddi məşqul olub onun fars və ingilis dillərində bütün dünyaya yayılmasına 
səbəb olmuşlar. 


33 
 
 
      Indi  bu  nəticəyə  gəlmək olur ki, biz daha çox çalışmalı, dahi şairin 900 illik 
yubileyində bu tilsimi sındırmalıyıq. Bunun üçün orta və ali məktəblərdə xüsusi Nizami 
dərsləri, Nizami mərkəzləri, Nizami ensiklopediyası yaratmalıyıq.  Əks halda biz, bu 
sahədə İranlıları keçə bilməyəciyik. Demək lazımdır ki, AMEA Nizami adına Ədəbiyyat 
İstitutu bu sahədə xeyli iş görmüşdür və hazırda da bu işlər davam etdirilir. 2013-cü ildə 
şairin vətəni Gəncə  şəhərində AMEA  Gəncə bölməsində Nizamişünaslıq  şöbəsi 
yarandı. Lakin 1 il vaxt keçməsinə baxmayaraq adı çəkilən İnstitutda 1 nəfər də olsun 
şərqşünas, fars dilini bilən mütəxəssiz yoxdur. Görəsən Zərrinkub kimi alimin qarşısında 
bunlar necə cavab vereceklər?. Əgər bu yarımçıq mütəxəssislər Azərbaycanca yazılmış 
tərcümələrdən istifadə edib, qabağa getmək fikrindədirlərsə də, bu, yerində saymaqdan 
başqa bir şey deyildir. Belə gedərsə, biz heç bir müvəffəqiyyətdən danışmağa cürət 
etməyəciyik. Nizami bizimdir deməklə məsələ həllini tapmır, gərək elmin yüksək ola. 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin