Microsoft Word monoqrafiya docx


II FƏSİL  «SIRLƏR XƏZINƏSI»



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə5/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   2   3   4   5   6   7   8   9   ...   95
1. Böyük alim Vəhid Dəstgerdi 
Iran ədəbiyyatşünaslığında Nizami əsərlərini, şairin doğum, ölüm, yaşadığı yer, dövrü və 
məfkurəsi haqqında  ən dəqiq məlumatları  məhz Vəhid Dəstgerdi vermişdir.  Ədibin 
yeddinci dəftərindəki yazıları  məqalələr  şəklində  “Ərməğan”  jurnalında  nəşr 
olunmuşdur. Müəllifin özünün yazdığına görə o, 30 il ömrünü Nizami yaradıcılığına  
sərf etmiş, “Xəmsə”ni 100 dəfədən artıq oxunmuş və hər oxuduqda yeni mətləblər kəşf 
etmişdir
1

      V.Dəstgerdinin bu qədər Nizamiyə diqqəti İran şahı Rza şah Pəhləvinin fikrini cəlb 
etmiş və o alimin Nizami haqqındakı yazılarının dərc edilməsinə sərəncam vermişdir.   
    Ilk  olaraq  Nizami  şeir, qəzəl, məsnəvi, rübai sahəsində, daha sonra “Xəmsə” ustadı 
kimi tanınmağa başlanır. 
    Iran ədəbiyyatşünaslığının inkişafı ilə əlaqədar olaraq Nizami daima ön sırada durur. 
Lakin V.Destgerdi bəzən onu Fars-İran  şairi kimi göstərir
2
. Bununla heç cür barışmaq 
olmaz. Əvvəla müəllif özü göstərir ki, Nizami Gəncə torpağının yetişdirməsidir. Şair bu 
şəhərdə doğulub boya-başa çatmış, buradan kənara çıxmamış,  əsərlərini də bu şəhərdə 
yazmışdır. Tarixi nöqteyi- nəzərdən də Azərbaycan  hökmdarları Atabəylər də  şairə 
böyük ehtiram göstərmişlər. Bəs necə ola bilər ki, Nizami birdən birə fars şairi olsun?. 
Bu fikir qətiyyən öz təsdiqini tapmır. Digər tərəfdən Nizami kimi bir şairi bütün dünya 
xalqları öz sıralarında görməkdən iftixar edərdilər. Görünür V.Dəstgerdi İran şahına, öz 
millətinə xoş gəlsin deyə bu yola əl atmışdır.  
    Bütün bunlara baxmayaraq ustad V.Dəstgerdinin Nizami barəsindəki yazı və fikirləri 
dahi şairin yaradıcılığına verilən qiymət tədqirəlayiqdir. 
     V.Dəstgerdinin araşdırmalarının nəticəsi olaraq Nizami əsərlərinin 8 nüsxəsi ilə tanış 
olmuşuq. Berlin, Badilin,Oksford, İngilistan, Rampur, Kəlküttə, Hindistan və s. yerlərdə  
alimin əldə etdiyi nüsxələr nadir tapıntıdır. 
 
1. Dəstgerdi V. Nizami Gəncəvi, Tehran, 1318 səh. 13 
2. Yenə orada səh. 47 


27 
 
 
 Əlbətdə, hər bir şair yaradıcılığa şeirlə başlayır. Ancaq Nizamini məşhurlaşdırıb dünya 
arenasına  çıxaran onun ölməz “Xəmsə”sidir ki, onu  da ustad V.Dəstgerdi sayəsində 
dahi  şairin  əsərləriylə tanış olmuşlar, onda alimin zəhməti  əvəzedilməz görünür. 
Xatırlatmaq yerinə düşər ki, məhz  
V.Dəstgerdinin sayəsində Nizami əsərlərinin həm farscası, həm də ingiliscəsi bütün 
dünyaya yayılmışdır. 
 
                                       2.  Görkəmli alim Səid Nəfisi. 
 
        Araşdırmalar göstərir ki, Nizami İran  ədəbiyyatşünaslığında XX əsrin birinci 
rübündən başlayaraq elmi şəkildə öyrənilməyə başlamışdır. Buna qədər  şairin ancaq 
ayrı-ayrı  şeir, qəzəl, qəsidələri nəşr olunur, əsərləri haqqında məlumat verilirdi. Lakin 
onların elmi izahları kölgədə qalırdı. XX əsr Nizami yaradıcılığına bir təkan nöqtəsi 
oldu. Bu araşdırmalar içərisində görkəmli İran alimi Səid Nəfisinin böyük rolu vardır. O, 
Nizaminin dövrü, həyatı, mənşəyi haqqında geniş  məlumatlar toplamış  və onları elmi 
şəkildə izah etmişdir. Bu baxımdan  S.Nəfisinin yazdıqları diqqəti cəlb edir. Ona qədər 
ancaq Nizaminin adı  çəkilmiş,  şairin həyatı haqqında qısa məlumat verilmiş,  əsərləri 
mövzusuna səthi toxunulmuşdur. Məhz S.Nəfisinin fədakarlığı  nəticəsində Nizami 
irsinin öyrənilməsi və tədqiqi sahəsi geniş vüsət almışdır
1

     Ümumiyyətlə götürsək İran ədəbiyyatşünaslığının  inkişafında “Ərmağan” jurnalının 
böyük rolu vardır. Müxtəlif  şairlərin elmi şəkildə  əsərlərinin elmi təhlili bu jurnalın 
sayəsində öz əksini tapmışdır. “Ərmağan” jurnalı Nizamişünaslıqda müstəsna rol 
oynamışdır. Çünki, müxtəlif alimlər Nizami haqqındakı  tədqiqatlarını  məhz bu jurnal 
vasitəsiylə geniş oxucu kütləsinə çatdırmışlar. 
      
 
1. S.Nəfisi, Həkim Nizami Gəncəvi,Ərməğan, 5-ci il,51-ci nömrə 


28 
 
 
Səid Nəfisi Tehran universitetinin professoru olmaqla bərabər o, həm Avropa 
şərqşünasları və həm də rus şərqşünasları ilə tanış idi. O, bir neçə dəfə sovet ittifaqına 
gəlmiş, xarici alimlərlə fikir mübadiləsi aparmışdır. 
    Səid müəllim 1335 (1956) ildə Nizaminin lirikasını çap etdirmişdir ki, bu da üç 
əlyazmadan ibarətdir.  
Daha sonra 1339 (1960) ildə Nizami divanını nəşr etdirir. Bu, mükəmməl bir əsər idi
1

Müəllif 3 mənbədən istifadə etmişdir ki, bunlar hələ elm aləminə məlum deyildi.  
    Bununla da Nizami poeziyası izahlı  şəkildə Avropa, rus və fars oxucusuna çatdırıldı. 
Divanda Nəfisi tərəfindən 16 qəsidə, 192 qəzəl, 5 qitə, 14 və 68 rübai verilmişdir. 
V.Dəstgerdi ilə müqayisədə 4 qəsidə, 51 qəzəl və 16 rübai çoxdur. Lakin bəzi yazıların 
təkrarı, yaxud onların müxtəlif variantlarda verilməsi çaşdırıcı xarakter daşıyır. Bu isə 
mətinşünaslıq baxımından çətinlik yaradır. Digər tərəfdən Səid Nəfisi bəzən Nizamini 
İran şairi, fars poeziyasının görkəmli nümayəndəsi kimi göstərməsi ilə razılaşmaq olmaz 
(92 – 276) 
 Nizami  divanının kiçik bir hissəsi Hacı  Məhəmməd Ağa Naxçıvanidən yadigar 
qalmışdır. Professor Ripka isə köhnə  İstanbul nüsxəsinin  əksini çəkərək “Ərmağan” 
jurnalına göndərmişdir. 
      Dünyanın müxtəlif kitabxanalarının rəflərində Nizami divanının  şeir hissələrinin 
olması onu göstərir ki, bu divan mövcud olmuş, ancaq təəssüf ki, indiyə qədər gəlib bizə 
çıxmamışdır. 
       Göstərdiyimiz bu işi Səid Nəfisi davam etdirmiş Nizaminin dünyaya yayılmasında 
çox iş görmüşdür. Nəticədə Nizami daha geniş alanda yer almışdır. 
     Ona da qeyd edək ki, Nizami divanındakı şeirlərin bir hissəsi Saltıkov Şedrin adına 
Sankt-Peterburq  şəhərinin mərkəzi kitabxanasında saxlanılmaqdadır. Bütün bunları 
nəzərə alsaq görərik ki, həqiqətən  Nizaminin tam divan olmuşdur.  
 
1. S.Nəsifi, Nizaminin Qəsidə və Qəzəllər divanı, onun Şərhi, Tehran, 1338. 
 


29 
 
 
Elə fikrimizcə bu şeirlər divanını Nizamişünasların  bir yerə toplamaq vaxtının gəlib 
çatmasını göstərir.  
S.Nəfisinin 1338-ci ildə yazdığı “Asar- o əhval – o divan-e qəsaed-o qəzəliyyat-e Həkim 
Nizami Gəncəvi”  əsəri 316 səhifəlik bir kitabda cəmləşdirilmişdir. Digər tərəfdən  şair 
haqqındakı bilgiləri də ilk olaraq Səid Nəfisi vermişdir.  Şairin anadan olma və ölüm 
tarixi 5-10 il fərqlə göstərilsə də, ailəsi haqda qısa bioqrafik məlumat verilmiş, 
5 dastanını  təhlil etmiş  və mahiyyətini açıqlamışdır. Bütün bunları  nəzərə alsaq Səid 
Nəfisinin Nizami araşdıranlar içərisində xüsusi əməyi olduğu bariz bir şəkildə görünür. 
          

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin