“Ədəbiyyat riyaziyyat deyil,
dəqiqlikdən çox mübhəmlik və
fantaziya tələb edir”.
Nizami
Ədəbiyyat – istedadın məhsuludur. Ədəbiyyat “doğruya bənzəyən yalanı, yalana
bənzəyən doğrudan” üstün tutur.
Ədəbiyyat doğrunu dada gətirmək üçün, ona dırnaq qədər olsa da yalan – duz
qatan yazıçıları qınamır. Bu onların fantaziyasıdır. Özü də bəzəkli fantaziyadır.
Ədəbiyyat vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbidir. Ədəbiyyat uzaq vuran
toplardan daha qüdrətlidir. Deməli, ədəbiyyat – mahiyyət etibarilə insan idrakının
mənəvi təminatçısıdır. Ədəbiyyat güzgüdür. Cəmiyyətdə baş verən hadisələri ya
müstəqim, ya da qeyri müstəqim formada insanı onun özünə göstərir. Hadisələri obrazlı
şəkildə əks etdirir. Məhz buna görə də yazıçılar canlı təbiətdə gördüklərini
ümumiləşdirir, saf – çürük edir, bədii fabula daxilinə salır, ziddiyyətlər düyünü üçün
zəmin yaradır, sonra əhvalatların süjet xəttini hazırlayır, hadisələrin bir – biri ilə
əlaqələrini nizamlayır. Lakin sovetlər dövründə yaradıcı şəxsiyyətlər kommunistlərin
“Ədəbiyyat partiyalı olmalıdır” tapşırığından kənara çıxa bilməmiş, mənəvi, yaradıcı
təfəkkür çərçivəyə salınmışdır, ciddi senzor nəzarəti vardır. Müasirlik baxımından bu
vəziyyəti indi nəzərdən keçirsək görəsəyik ki, XX əsrin 20 – 30 – cu illərində
Azərbaycan ədəbiyyatı və incəsənəti sıxıntılara məruz qalmışdır:
10
a) “Partiyanın bədii ədəbiyyat sahəsində siyasəti haqqında” 18 iyun 1925 – ci il
tarixdə qəbul etdiyi qətnamə;
b) “Ədəbi – bədii təşkilatların yenidən qurulması haqqında” 23 aprel 1932 – ci il
tarixli qərar.
Birinci qətnaməni – Rusiya Proletar Yazıçıların Cəmiyyətinin 1932 – ci il tarixli
qərarı ləğv etdi, vahid Sovet Yazıçıları İttifaqını yaratdı. Belə məkrli əməliyyat iqtisadi
sahədə də həyata keçirildi. 1930 – cu ildə kommunist dövləti insanların mülkiyyətini,
torpağını, qoşqu heyvanlarını, iş alətlərini represiyalarla onların əlindən aldı. Güc tətbiq
eməklə insanları kollektivləşdirdilər, adını da qoydular – kəndlilərin könüllü ictimai
birliyi. Beləliklə, insanlar mülkiyyətdən, fərdi təsərrüfatdan məhrum edildilər...
Lakin bu da bir həqiqətdir ki, o dövrün deyim tərzinə söykənsək, sosializm
quruculuğu illərində millətlərin adət və ənənələrini nəzərə almadan hamını sovet xalqı
adlandıran yeni ictimai quruluşda Azərbaycan xalqının da mənəvi dünyası, sosial şəraiti
XIX əsrin həyat tərzindən fərqli olaraq kökündən dəyişmiş, lakin fərdiyyət və onun
xarakteri, fəal və qeyri – fəal mövqeyi nəzarət altında saxlanılmışdır. Buna istinadən də
deyirlər ki, dünyanın ziddiyyətləri insan fikrinin səylərində kristallaşır, cəmləşmiş
şəkildə ifadə olunur. Yaradıcılıq fəaliyyətində tətbiq edilən, əməkdə cisimləşən fikir və
ziddiyyətləri ən səmərəli və dolğun şəkildə həll edir. Çünki yaradıcılıq azadlığın
sinonimi və zirvəsidir, yaradan insanlar isə Allaha yaxın olan ən xoşbəxt adamlardır.
Deməli, insan fəaliyyəti nə qədər müxtəlif və rəngarəngdirsə, mənəviyyatla bağlı olan
yaradıcılıq da bir o qədər çoxcəhətlidir. Heydər Əliyevin ədəbiyyata və mədəniyyətə
(incəsənətə) aid söylədiyi fikirlərin elmi – nəzəri obyektivliyindən alınan nəticədə isə
müəyyənləşir ki, yaradıcılıq ünsürləri hər yerdə mövcuddur, çünki yaradıcı əmək həmişə
gəlir gətirir, hörmət qazandırır, toxluq yaradır, sərvəti çoxaldır, ümumilikdə cəmiyyətə
və insana maddi və mənəvi cəhətdən xidmət göstərir.
Lakin bu prosesdə elə fəaliyyət növləri də var ki, onlar xüsusi, yaradıcı,məhsuldar
fəaliyyətdir, yaratmaq, qurmaq, onun əsasını, məzmununu təşkil edir. Yaradıcılıqla
11
azadlığı bir – birinə yaxınlaşdıran çox səciyyəvi əlamətlərdən biri də odur ki, bunların
hər ikisində biz obyektiv zərurətin subyektiv ifadəsi ilə rastlaşırıq.
Heydər Əliyevin ədəbiyyat qarşısına qoyduğu problem məsələlərə – varlığın
inikasına istinad edib belə bir nəticəyə gələ bilərik ki, azadlıq sosializm dövrü
ədəbiyyatında formal xarakter daşımışdır. O vaxt bir tərəfdən sosialist realizmi adlı
metod və ona uyğun xüsusi hazırlanmış reyestrlər hökm sürürdü. Minlərlə nüsxə elmi və
bədii əsərlərin kitabxana rəflərindən götürülüb yandırılması (“Yandırılmış kitablar” S.
Vurğun) və məhvi bu reyestlərin hökmü ilə bağlı idi. Yaradıcı şəxsiyyətin azadlığı,
əməyinə verilən qiymət sovet dövründə belə idi. Bu senzor nəzarəti idarəsi birbaşa SSRİ
Nazirlər Sovetinə tabe idi və bura “ideoloji nəzarət qapısı” sayılırdı. Sovet
ideologiyasına uyğun gəlməyən adicə bir “vergül” bu “qapıdan” keçə bilməzdi, onun
müəllifi də dərhal göz altında saxlanılır, adı “qara dəftərə” düşürdü. Yaradıcı adam sanki
qula çevrilir, qarmaqarışıqlıq içərisində “başını itirir” və bu zaman yazıçı qələmə aldığı
mövzunu öz məqsədinə uyğun həyata keçirə bilmirdi. “Dünya qopur”, “Dumanlı
Təbriz” in göyləri od tutub yanırdı. “Kimdir müqəssir?” (A.İ. Gertsen) sualına cavab
axtarılırdı. Buna “Kimin sualı var?” (N. Həsənzadə). Əlbətdə heç kəsin. Burada əsas
müqəssir cəmiyyətin özü idi və sual da ona verilirdi. Lakin bunu da inkar etmək olmaz
ki, XX əsrin birinci yarısında Azərbaycan geridə qalmış kənd təsərrüfatı ölkəsindən o
zaman deyildiyi kimi, qabaqcıl sosialist adlanan fəhlə – kəndli respublikasına çevrildi.
Azərbaycan ədəbiyyatı da bu tarixi mərhələnin yetişdirdiyi dövrün adını daşıyan sovet
ədəbiyyatı oldu. Bu mərhələdə “Tarixin təcrübəsi ən yaxşı müəllimdir” (Heydər Əliyev
- 1975) – beləki kənd təsərrüfatı və sənayesi iqtisadi cəhətdən möhkəmlənən dövlətin
bazisi üzərində onun üstqurumu sayılan ədəbiyyatı da inkişafa qədəm qoydu. Ona görə
də iqtisadiyyat istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi bazisidir, onun
inkişafında həlledici rol oynayır, hüquqi və siyasi üstqurum bu bazis üzərində
“yüksəlir”, ictimai şüur formalarından biri kimi bədii ədəbiyyat məhz bu bazisə
“məhsuldarlığına görə” minnətdardır. Bu sahədə ədəbiyyat ayrıca götürülmüş,
müstəqillik əldə etmiş bir xalqın fərqləndirici xüsusiyyətlərinə daha çox diqqət yetirir.
12
Buna görə də o, maddi deyil, qeyri – maddidir. İctimai şüurun çox zəngin forması
sayılan bu hadisə bütövlükdə xalqın dünyagörüşüdür. Bu dövrün, prosesin siyasi –
iqtisadi və mədəni inkişafını nəzərdə tutan Heydər Əliyev deyir: “Azərbaycan xalqı öz
müqəddaratını əlinə aldıqdan sonra əvvəlki nəsillər tərəfindən yaradılmış zəngin klassik
mənəvi irsə də yiyələnmiş, öz tarixini dərk və bərpa etmişdir... Orta əsr Şərqinin ən
böyük şairləri və mütəfəkkirləri Xaqani, Nizami, Nəsimi, Füzuli qədim Azərbaycan
mədəniyyətinin digər korifeyləri, dünya sivilizasiyasını dahiyanə əsərlərlə
zənginləşdirən ön şəxsiyyətlər məhz sovet dövründə, xalqımızın mənəvi həyatında
vətəndaş hüququ qazanmış, müasir mədəniyyətlə qaynayıb - qarışmışdır”.
Heydər Əliyevin dediyi kimi, keçmişdə “o olub, bu da olub”. Sovetlər dövründə
elm və mədəniyyət ocaqları, bir sıra dünya əhəmiyyətli sənaye obyektləri tikilmişdir.
Heydər Əliyev tarixin bu mərhələsinə aydınlıq gətirmək üçün respublika gənclərinin
birinci forumundakı nitqində Azərbaycanın 70 il Sovet İttifaqı tərkibində olan dövrünü
onun böyük inkişaf dövrü kimi qiymətləndirmiş və əlavə edib demişdir ki, “o dövrə qara
yaxmaq olmaz, o dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf
etmişdir”...
Yazıçılarımız, musiqiçilərimiz, rəssamlarımız, heykəltəraşlarımız öz sadə əməkləri
ilə həyatı gözəlləşdirən zəhmət adamlarının obrazını yaratdılar.Şərq və Qərb memarlıq
üslubunun sintezi əsasında arxitektorlarımız böyük yaşayış binaları tikmiş, bir sıra
ictimai – mədəni abidələr ucaltmışlar.
Yeri gəlmişkən qeyd edək ki, əvvəllər ötən əsrlərin adamlarının bədii obrazlarının
necə yarandığını öyrənmək istəyəndə XI – XVI əsrlərdə yaşayan klassiklərin əsərlərinə
üz tuturduq. Lakin indi çox uzağa getmək lazım deyil. C.Məmmədquluzadə, M.Ə.Sabir,
H.Cavid, C. Cabbarlı, M. S. Ordubadi, S.Vurğun, R.Rza, S. Rəhimov, S.Rüstəm,
M.İbrahimov, Ü.Hacıbəyov, M.Maqamayev, S.Bəhlulzadə, İ.Şıxlı, Q.Qarayev,
M.Abdullayev, M.Hüseyn, Xəlil Rza Ulutürk, M.Araz kimi böyük sənətkarlardan,
alimlərdən tutmuş bu gün bizimlə bir yerdə yaşayıb yaradan B.Vahabzadə, N.Xəzri,
Anar, Elçin, N.Həsənzadə, S.Əhmədli, T.Nərimanbəyov, Qabil və başqa görkəmli
13
qüdrətli istedadlara qədər hamının yaradıcılığında Aşərbaycan xalqının keçdiyi tarixi
mərhələlərin əksini, insanların bədii obrazını görmək mümkündür. “Bizim ədəbiyyat və
incəsənətimiz bir küll halında götürüldükdə o Azərbaycan sovet cəmiyyətinin mənəvi
həyatını, əxlaqi və fikri inkişafının, psixoloji aləminin həqiqi, bədii salnaməsi
adlandırmağa layiqdir”.
Deyilənlərə əsaslansaq, Azərbaycanın sovet dövrü ədəbiyyatı və incəsənətinin ən
yaxşı əsərləri mövzu və materialından asılı olmayaraq “Dəli Kür”, “Beşmərtəbəli evin
altıncı mərtəbəsi”, “Qətl günü” romanları, “Gülüstan” poeması, “Qız qalası”, “İldırımlı
yollarla”, “Məhəbbət əfsanəsi”, “Min bir gecə” baletləri, “İstintaq”, “Yarasa” filmləri
və başqaları bu dövrdə aydın fikir mövqeyindən yazılıb bəstələnərkən varlığın real
mənzərəsini onun gələcəyə istiqamətlənmiş qabaqcıl tendensiyaları ilə əks olunmuş,
ideya siyasi baxımdan böyük tərbiyəvi əhəmiyyətə malik bədii incəsənət əsərləridir.
Lakin burada ideya başlıca şərtdir. Çünki, incəsənət əsərində olduğu kimi bədii
ədəbiyyatda özünün əsas ideyası ilə yanaşı, çox hallarda bu ideya ilə sıx bağlı olan əlavə
ideyalara da malik olur. İdeya sənətkarın qayəsini və əsərin əsas məzmununu təyin edir.
Mövzunun və süjetin sənətkar tərəfindən şərhi, eyni zamanda əsərin tendensiyası
ideyanın xarakterindən doğur. Eyni bir həyat materialı, ideya istiqamətləri və
dünyagörüşlü müxtəlif olan Ə. Haqverdiyevin “Ağa Məmməd Şah Qacar”, S. Vurğunun
“Vaqif”, İ. Əfəndiyevin “Xan qızı” dramlarında hadisələr hərəkət etdirilən obrazlar
müxtəlif şəkildə səhnəyə gətirilmişdir. Heydər Əliyev bunları qiymətləndirərkən şəraitin
tələbinin əsas götürülməsində müəllifləri günahkar saymır. Məsələn: görkəmli xalq şairi
R. Rzanın “Qızıl gül olmayaydı” poemasında Müşfiq üçün necə yandığını, “Axı mənim
də ailəm vardı” deyimini, Heydər Əliyev həqiqi, real yanğı kimi qiymətləndirir və R.Rza
bununla XX əsrin 30 cu illərinin xofundan özünü qorumasını düşünülmüş çıxış yolu
sayır. Əgər R. Rza açıq – açığına Müşfiqin müdafiəsinə qalxsaydı, bu gün biz R.Rza
yaradıcılığına həsrət qalacaqdıq. R.Rzanın düşünülmüş, mütərəqqi ideyaları ona
qırmızıların represiyasından düzgün baş çıxarmaq, canını qurtarmaq imkanı vermişdir.
14
Heydər Əliyevin ədəbiyyat, elm və mədəniyyətlə bağlı fikirlərində ikinci bir
həqiqətdə budur ki, görkəmli sənətkarlarla görüşlərin xoşa gələn, ürəkaçan səviyyədə
təşkili və yubileylərin yüksək səviyyədə keçirilməsi 1969 – cu ildən başlayır. Bu tarixi
ədəbiyyat və incəsənət adamlarına, klassiklərə diqqətin intibahı adlandırmaq olar:
Nəsimi, Vaqif və Zakirin yubileylərinin keçirilməsi, heykəllərin qoyulması, əsərlərinin
nəfis şəkildə nəşri də Heydər Əliyevin adı ilə bağlıdır. 6 yanvar 1979 – cu ildə
Azərbaycan KP MK Nizaminin anadan olmasının 850 illik yubileyinin təntənəli
keçirilməsi, məqbərəsinin yenidən klassik və muasir memarlığın köhnə və yeni müsbət
ənənələrinə uyğun bərpası, hər il sentyabr ayında böyük şairin şərəfinə, adına layiq
poeziya günlərinin keçirilməsi, əsərlərinin Azərbaycan və dünya xalqlarının dillərində
gözəl, bədii tərtibatla çap edilməsi, eləcə də “Azərbaycannın maarifpərvər şairi Mirzə
Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsini gücləndirmək haqqında” çıxarılan qərar
da, 1982 – ci ilin noyabr ayında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı da
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bağlıdır.
XX əsrin son rübü daha mühüm və çox vacib vətəndaşlıq və millilik aşılayan
əsərlərin yaranmasına səbəb oldu. Müstəqillik ideyalarının şüurda təşəkkülü, inkişaf
edib formalaşması, qələbəsi, milli sərvətin özününküləşdirilməsi, mənəvi yetkinliyin
mahiyyətcə kamilləşməsi, Heydər Əliyevin rəhbərliyi altında azadlıq əldə edən
Acərbaycan xalqının ən səciyyəvi xüsusuyyətinə çevrildi. Milli ruh və milli xarakter
özünün kamil obrazını tapdı. Həyat və insan probleminin, humanizminin ön plana
çəkilib təhlil olunması və tədqiqi bir – biri ilə yalnız bədii deyil, ictimai – siyasi
baxımdanda əlaqələndirildi. Xəlil Rza poeziyasında bu özünün yüksək zirvəsinə çatdı:
“Azadlığı istəmirəm qram – qram...” deyən azadlıq carçısı vəfatından sonra
soydaşlarının qəlbində əbədi yaşadı.
20 avqust 1997 – ci ildə “Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni,
pedaqoq və ictimai xadim Bülbülün anadan olmasının 100 illiyi”nin qeyd edilməsi
barədə verdiyi fərmanla yubiley komissiyasının yaradılması da, müxtəlif bayram
15
tədbirlərinin keçirilməsi də hörmətli Prezidentin milli mədəniyyətimizin böyük
ustalarına, sənət adamlarına bəslədiyi qayğının nəticəsi idi.
İllər ötəcək, Heydər Əliyevin bu sahədəki xidmətləri əbədi yaşayacaqdır.
Nizami Gəncəvi Şərq, Azərbaycan, Türk, İran, İslam, Fars mədəniyyəti,
mənəviyyati, ədəbiyyatı və şeriyyətini bütün dünyaya yayan və öz ölməz «Xəmsə»si ilə
aytək parlayan, günəştək nur saçan dahi sənətkarlardan biridir.
Onun anadan olma tarixi 1140-1141 illərə təsadüf edir. Lakin təəsüflər olsun ki, bu
günə qədər də tam dəqiq bir məlumat yoxdur. Ancaq ayrı-ayrı Nizamişünasların
yazdıqları sənədlərdə buna toxunulur. Bir həqiqət aydındır ki, şairin doğulduğu yer
Gəncədir. Onun nisbəsi də buna işarədir. Digər tərəfdən Gəncə Orta əsr Azərbaycanın
intibahı ilə bağlıdır. Bu şəhərdə elm, mədəniyyət, ticarət o qədər yüksək olmalı idi ki,
Əbül Əla Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şairləri kölgədə qoyub özün
irəliləyəydin.
Nizaminin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəkiəddin, Böyük
babasının adı Müyyədfiddin olmuşdur. Qeyd edək ki, o dövrdə belə titullu adları ancaq
yüksək mənsəb sahiblərinə verirdilər. Nizami sözünün lüğəvi mənasi nəzmə çəkən,
sıraya düzən deməkdir.
Şairin anası Gəncə kürdlərindən olub dayısı Ömər «Xacə» adı daşıyır. Bu
məlumatlara əsasən Nizaminin ailəsi savadlı və dövrün mədəni insanları hesab olurdu.
Nizami mükəmməl təhsilini də Gəncədə alıb özünün geniş mütaliəsi nəticəsində «Şeyx»
və «Həkim» kimi yüksək rütbələri kəsb etmişdir. Nizami dahiliyinin göstəricilərindən
biri də odur ki, o, özünün sələf və xələflərinə böyük hörmətlə yanaşmış, digər tərəfdən
Nizami Şərqin elmi dili ərəb dilini mükəmməl bilmiş, şeir dili sayılan fars dilini ən
yüksək zirvəyə qaldırmış, türk, yunan və kürd dillərini bilməklə poliqlot bir şəxsiyyət
kimi yüksəlmiş dünyanın ən layiqli sənətkarı kimi bütün xalqlar tərəfindən hörmət
qazanmışdır. Nizaminin həyat və yaradıcılığı bircə poeziyayla bitmir, onun yaradıcılığı
çoxşaxəlidir. Nizami quranı oxumuş, özü təhlil etmişdir. Xalq rəvayətlərindən
əsərlərində istifadə etmiş, elmin bütün sahələrinə baş vurmuş, antik dövrün fəlsəfəsini
16
öyrənmiş və nəticədə əsərlərində bunu göstərmişdir. Nizamiyə qədər heç bir yazar
Şərqlə Qərbi bu qədər birləşdirə bilməmişdir. Nizami əsərlərini oxuyarkən bu qənaətə
gəlmək olur ki, heç mübaliğəsiz o, öz dövrünün mövcud olan bütün elm sahələrindən
xəbərdar olmuşdur. «Xəmsə»dən başqa Nizaminin şeirlər divanı olmuşdur. Lakin
təəsüflər olsun ki, bu divan bizə gəlib çıxmamışdır. Bununla belə onun bir hissəsi Sankt-
Peterburqdakı Saltıkov Şedrin adına kitabxanada saxlanılmaqdadır. Nizamiyə dünya
şöhrəti gətirən əlbətdə onun ölməz «Xəmsə»sidir. Şair öz dövrünün hər işi ilə razılaşmır,
hər cür zülmə və ədalətsizliyə qarşı öz etirazını bildirir, şahlara nəzirələr yazıb tərifdən
qaçırdı. Nizaminin amalı insanlara təmiz xidmətdən ibarət idi. Şairin fikrincə insan yer
üzünün əşrəfi olaraq, o, oyuncaq deyil, onun ağlı və düşüncə tərzi vardır. Nizami
Gəncəvi əsərlərini oxuduqda təkcə Azərbaycan haqqında deyil, bütün Yaxın və Orta
Şərq barədə dünyamız haqqında geniş və doğru məlumatlara sahib olursan. Nizaminin
hər misrası fəlsəfi-didaktik fikrin təcəssümüdür. Nizami yaradıcılığının ən yüksək
zirvəsində insan dayanır. O, insanın hər şeyə qadir olduğunu dəqiq həyatı misallarla
açmağa müvəffəq olmuşdur:
Poladdan dağ olsa yenə də inan,
Vurub parça-parça dağıdar insan. (87-213)
Nizami bəşəriyyə sevimlisi ona görə olmuş və əsərləri bütün dünya dillərinə dönə-
dönə tərcümə edilmişdir ki, o, həyat eşqi ilə yazıb-yaradan nadir sənətkarlardandır.
«Xəms» ərəb kəlməsi olub «beş» deməkdir. «Xəmsə» isə «beşlik» mənasına gəlir.
Nizami yaradıcılığının da əsasını 5 poema təşkil edir.
Şairin həyat tərzi yaxşı keçmişdir. Belə ki, tanınmış ailədən olması ona mükəmməl
təhsil almağa imkan yaratmış, yazdığı əsərlərə görə dövrün hökmdarları tərəfindən
mükafatlandırılmış və hətta ona hər ay 40 axça maaş kəsilmişdir. O dövr üçün bu
məbləğ az sayılmırdı.
Şairin həyat yoldaşı Afaq qıpçaq qızı olmuş və ondan da Məhəmməd adlı bir oğlu
olmuş şairin həyatı Afaq ölənə qədər mənalı keçmiş, lakin Afaqın ölümü onu
17
sarsıltmışdır. Afaq kəniz kimi Nizamiyə hədiyyə edilsə də, şair humanistlik edərək onu
özünə ömür-gün yoldaşı seçmişdir. Dünya şairləri içərisində qadına bu qədər yüksək
qiymət verən insan ancaq Nizami olmuşdur.
«Xəmsə»sindəki bütün əsərlərində «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və
Məcnun», «Yeddi Gözəl», «İskəndərnamə»də bu məsələ özünü bariz şəkildə göstərir.
Şirin surəti, Leyli obrazı, Nüşabə mərdanəliyi buna misaldır.
Nizami, insan, onun problemləri, zəhmət, əmək, sevgi motivlərini o qədər gözəl bir
surətdə oxucuya təqdim etməyi bacarmışdır ki, illər, qərinələr, əsrlər, nəsillər ötüb keçsə
də, yenə oxunacaq bəşəriyyətin istifadəsi üçün yararlı olacaqdır. Bununla da Nizami
hələ sağlığında əbədilik libasını geymiş sənətkar olaraq milyonların qəlbində
yaşayacaqdır.
Şair, nə üçün mən «Xəmsə»ni yazdım sualına «İskəndərnamə» proloqunda cavab
verir:
Oturub-durdum dünya görmüş müdriklərlə, ona görə də çalışdım yazım tarixi
simalardan. Bu sehirli-sirli dünyanın xəzinəsini açmağa çalışdım. Onun üçün də «Sirlər
xəzinəsi»ni açdım. Buna bir şirinlik gətirmək üçün «Xosrov və Şirin» yaratdım. Şərq
qadınının sadiqliyini göstərən «Leyli və Məcnun» meydana gətirdim. Ruhlanıb atımı
«Yeddi gözəl» üzərinə çapdım. İndi söz meydanında «İskəndərnamə»dən danışım.
Şairin özünün dediklərindən aydın olur ki, «İskəndərnamə» onun şah əsəridir. Həqiqi
mənada bu əsərlə Nizami öz fəlsəfi fikirlərini burada tərənnüm etməyə nail olmuşdur.
Şairin ilk əsəri «Sirlər xəzinəsi» dünya poeziyasının ən gözəl nümunəsi kimi şöhrət
qazanmışdır, Nizami nəinki təkcə bu əsəriylə, hətta, hər beyt, misra, kəlamıyla insan
mənəviyyatına təsir etmiş, onu düşündürmüş və özünə cəlb etmişdir. Bu əsərdə insan
əsas meyar olaraq onun bütün potensialını açıqlanmışdır. Əsər yaradanın adı,
peyğəmbərin tərifi, ithaf olduğu hökmdarın istəyi və ən əsası şairin öz ideyası bəhrəsi
olaraq yazılmışdır. Nizami başqalarından fərqli olaraq məddahlıqdan, boş tərifdən və
asılılıqdan uzaq olmağı, öz fikirlərini sərbəst söyləməyi üstün tutmuşdur. Buna
18
baxmayaraq dövrün hökmdarları ona böyük ehtiramla, hörmətlə yanaşmışlar. Gəncəli
şairin özü demişkən:
Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram göstərir həyat. (87-89)
Əgər belə bir sual ortaya çıxsa ki, Nizamidə nə var ki, bəşəriyyət onu bu qədər
sevə-sevə oxumaqdadır? Cavabı çox sadə olacaq ki, bəs Nizamidə nə yoxdur ki, onu
oxumayasan?
İnsan, əmək, zəhmət, doğruluq, düzlük, yaşayış tərzi, məhəbbət, mərdlik, kişilik,
qadın azadlığı, müharibə, sülh, pislik, yaxşılıq, zülm, azadlıq, hökmdarlıq, rəiyyət,
qanun, haqsızlıq, insaf, vicdan, xəbislik, comərdlik, xainlik, ailə, cəmiyyət, uşaqlıq,
gənclik, qocalıq, doğum, aqibət, abad, xərabə, dövr, zaman şairin yaradıcılığında öz
əksini tapmışdır. «Sirlər xəzinəsi» poeması dünya xəzinəsinin əsl açarıdır. Bu əsər həm
tərbiyə edir, həm də yaşam tərzini öyrədir. Nəticəsi oxucunun gözləri qarşısında
canlanır. Dünya ədəbiyyatında belə maraqlı traktatla qurulan əsərə rast gəlmək çox
çətindir. Nizami təkamül, irsiyyət, nəsil, adət məsələlərinə çox dəqiq yanaşmış, onları
fəlsəfi baxımdan izah etmişdir. «Sirlər xəzinəsi» dastanı ayrı-ayrı mövzulardan bəhs etsə
də, bir mütəşəkkil cərəyan üzərində dayanıb ümumi bir vəhdət təşkil edir. Buradakı
mövzular arasında sinxron bir ardıcıllıq özünü göstərməkdədir. Bir hekayə o birinin
davamı olaraq oxucunu heyran edir. «Sirlər xəzinəsi» didaktik bir əsər kimi çox
qiymətlidir. Dahi şairin ikinci əsəri «Xosrov və Şirin»dir. Təbiət təsvirləri bu poemada o
qədər gözəl verilmişdir ki, sanki, Nizami özü böyük təbiət alimidir. Şapurun rəssamlığı,
onun yaratdığı boyalar, əsrarəngiz təbiət hadisələri, Fərhadın adi Külünglə Bisitun
dağının çapılması mənzərəsi çox güclü bir poetik dillə verilmişdir. Nizami göstərmişdir
ki, hər kəs öz işinin mahir ustası olmalıdır. Tutduğun vəzifənin böyük-kiçikliyindən asılı
olmayaraq sən onu sevməlisən və xalqa bu yolda xidmət etməlisən. Vəzifə insana şan-
şöhrət deyil, insan vəzifəsinə şöhrət olmalıdır. Nizami, şahı, dilənçi, işçi, əkinçi,
19
zəhmətkeşlə üz-üzə qoymaqdan çəkinmir, hətta şahı onların vasitəsilə ədalətlə, düzlüyə
dəvət edir.
Heç mübaliğəsiz oxuduğumuz məhəbbət əsərləri içərisində «Xosrov və Şirin»
qədər ecazkarına rast gəlməmişik. Bu poema təkcə eşq tərənnümü ilə bitmir, o, eyni
zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. Nizami Xosrovu eşy-işrətlə məşqul olan bir şah
kimi versə də sonda əsl sevginin nə olduğunu ona anladır. Şair göstərir ki, başqalarına
xəyanət edənin öz başına gəlməsi qanuna uyğundur. Bildiyimiz kimi Xosrovun öz oğlu
Şiruyyə də Şirinə vurulur və nəhayət atası Xosrovu Şirinlə yataqda olduğu vaxt öldürüb
onu sıradan çıxarmaqla Şirinin eşqinə nail olmaq istəyir. Lakin Şirin eşqini ancaq
Xosrova vermişdir. Şiruyyə atası Xosrovu xəncərlə vurub öldürmək istədikdə belə
Xosrov qan içində istəyir ki, Şirinə desin ki, ona bir içim su gətirsin, ölüm ayağında olan
Xsrov Şirinin şirin-şirin yatdığını görüb onu oyatmağa qıymır. Bax, budur Nizami
dühasının bəhrəsi!
Böyük İran alimi Vəhid Dəstgerdi ömrünün 30 ilini Nizami yaradıcılığına sərf
etmişdir. O, yüz dəfədən artıq Nizami “Xəmsə”sini oxusa da, hər dəfə Xosrovun ölüm
səhnəsi ilə qarşılaşanda gözlərindən qeyri-ixtiyarı yaşlar gəldiyini etiraf etmişdir.
Nizaminin özünün yazdığı kimi:
Pislik də, yaxşılıq da etsən inan
Unutmaz bunları bu qoca dövran. (87-127)
Nizami Gəncəvinin üçüncü poeması «Leyli və Məcnun»durr. Ərəb şifahi xalq
ədəbiyyatından götürülmüş bu mövzu Nizami boyaları vasitəsiylə bütün Yaxın və Orta
Şərq ölkələrinə, oradan da dünya arenasına çıxmışdır. Əsər, Şərq qadınının dəyanəti,
onun ailəyə bağlılığı, məişətdəki rolunu və sevgisinə sadiqliyini göstərməklə yanaşı,
onun məhdudiyyətindən danışır. İlk dəfə Şərq ədəbiyyatında qadın azadlığı məsələsinə
ancaq Nizami toxunmuşdur. O, qadına kölə kimi deyil bəşəriyyətin 50%-lik üzvü
şəklində tam, bərabər hüquqlu insan kimi baxmağı tövsiyə etmişdir. Nizamiyə görə ən
20
böyük qəhrəmanları belə ana dünyaya gətirmişsə, onun buna tam hüququ çatır.
Poemanın ən gözəl xüsusiyyətlərindən biri odur ki, sevgi, eşq, mehr, məhəbbətə sadiqlik
özünü bariz bir şəkildə göstərir və yaşadığı yerdən, milliyyətindən asılı olmayaraq bütün
insanlara şamil edilir. Bu əsər gənclərin sevib-sevilmək məsələsində mühüm rol oynayır.
Nizami belə dar bir çərçivədə qala bilməzdi. Ona görə də şair özü dediyi kimi atını
dünya üzərinə çapıb özünün dördüncü əsəri «Yeddi gözəl»i yaradır. Burada artıq
dünyanın yeddi məmləkətindən, onların adət və ənənələri, qadınları haqqında ətraflı və
mükəmməl məlumat verən Nizami ilk dəfə ədəbiyyatda Şərqlə-Qərbin interqasiyasına
toxunmuşdur.
Ədəbiyyatımızda ruslar haqqında ilk təəssüratı məhz Nizami verməyə nail
olmuşdur.
İran şahı Bəhrami-Guru Nizami adi çoban vasitəsilə nəsihətamiz sözlərlə ayıltmağa
çalışmışdır. Şair yazırdı:
Sərxoşluq edən dövlət huşyar olacaq bir gün
İllərcə yatan bəxtim bidar olacaq bir gün. (87-326)
Şərq aləmində yeddi müqəddəs rəqəmdir. Nizami bundan istifadə edərək yeddi ölkə
haqqında, onların məşğuliyyəti, həyat tərzi, qadınları barədə çox dəqiq məlumat
verməklə onların mənəviyyatı və mentaliteti barəsində dolğun fikirlər vermişdir. «Yeddi
gözəl» poeması Nizaminin özünün kamil bir sənətkar olmasına bir işarədir. Bunları
əlbətdə, bilmədən yazmaq mümkün deyildir.
Şairin sonuncu əsəri «İskəndərnamə»dir. Əvvələn görək məhz nə üçün
İskəndərnamə? Bizcə Yunan hökmdarı İskəndər və ya Aleksandr Makedonski öz 30 il
yaşadığı tarixi bir dövrdə hamıya ölkələr fəth edən bir sərkərdə kimi məlum idi. Əsərin
oxunaqlı olması və şairin fəlsəfi fikirlərinin tərənnümü məhz bu surət vasitəsilə
gerçəkləşə bilərdi. Digər tərəfdən Nizami «yoldaşını mənə göstər, sənin kim olduğunu
deyim» prinsipini əsas tutaraq İskəndərin başına o qədər qədim alimləri toplaması
nəticəsində özü də alim olmuşdu prinsipi durur. 30 yaşlı cavan bir sərkərdə bu kiçik
21
zaman kəsiyində demək olar ki, güclə dünyanı fəth edə bilməzdi. Nizami İskəndər surəti
vasitəsiylə elmin hər şeydən üstün olduğunu sübut etmişdir.
«İskəndərnamə» poeması iki hissədən hökmdarın gənclik və istila dövrünü əhatə
edən «Şərəfnamə» və onun son aqibəti «İqbalnamə»dən ibarətdir. Tarixdə İskəndər
Azərbaycanı istila etmək faktı yoxdur.
Ancaq Gəncəli şair öz vətənpərlik və qadını yüksək tutmaq ideyasını tərənnüm
etdirmək üçün o, İskəndəri Azərbaycanın paytaxtı Bərdə şəhərinə gətirməyə nail olur.
Əlbətdə, Nizami kimi böyük dahi, filosof, həkim, şeyx və ən əsası misilsiz bir şair
haqqında bir məqalə ilə kifayətlənmək olmaz. İllər ötəcək gənc alimlər Nizami
yaradıcılığına yenə dönə-dönə müraciət edəcəklər. 900 il ərzində təravətini qoruyub
saxlamış Nizami yaradıcılığı hələ açılmayan sirlərlə doludur.
Şairin özü demişkən:
Özüntək diri san məni cahanda,
Mən də canlanaram, sən canlananda. (87-446)
Göstərilənlər mövzunun aktuallığından xəbər verir. İlk olaraq biz, Nizamini
araşdırmaqla onun türk olduğunu bir daha sübut etmiş oluruq ki, bu da Nizamini
özünküləşdirməyə çalışanlara ən tutarlı cavabdır. Digər tərəfdən tədqiqatın predmeti
Nizaminin əsərlərində farsca yazmasına baxmayaraq türkcə sözlər, idiomlar, atalar
sözləri və Azərbaycan zərbi-məsələlərini sıx-sıx işlətməsidir. Burada məqsəd fars dilli
şairlərin ən məşhurlarından sayılan Firdovsi, Xəyyam, Hafiz, Sədidən fərqli olaraq
Nizamidə türklük və ona bağlılığı açıb göstərməkdir.
Əsərin metodologiyasına gəldikdə Nizami “Xəmsə”sində verilmiş türk sözləri və
Azərbaycan zərbi-məsələlərini seçib, onları xronoloji, mütəmadi və ardıcıl surətdə
göstərməkdən ibarətdir. Praktik əhəmiyyəti o olacaq ki, oxucu türk sözləri və
Azərbaycan zərbi-məsələlərinə rast gəldikdə praktik olaraq Nizaminin türklüyünə zərrə
qədər olsa belə şübhələnməyəcək. Elmi iş kimi ələ aldığımız bu mövzu bu strukturla
davam edib, fəsil və bölmələrlə tam ardıcılığı ilə nəzərə çatdırılacaqdır. İnanmaq istərdik
22
ki, bu əsər Nizamişünaslıq sahəsində irəliyə atılmış yeni bir addım kimi bu sahədə
çalışanların və eləcə də geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.
Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyətinin
banisi M.Ə.Rəsulzadə Nizamiyə “Azərbaycan şairi Nizami ” deməklə kifayətlənməyib,
onun “Xəmsə”də işlətdiyi türk sözləri və Azərbaycan zərbi-məsəllərini işlətdiyini misal
gətirərək sübut etmişdir ki, hətta fars ədəbiyyatının əsasını qoyan böyük Firdovsidə bu
qədər türk sözləri işlənməmişdir. Bu da Nizaminin öz ana dilinə ehtiramı ilə bağlıdır.
Kitab 1953-cü ildə işıq üzü görsə də, bizə elə gəlir ki, M.Ə.Rəsulzadə hələ on
illərcə əvvəl bu barədə düşünmüşdür. (bax. Azərbaycan şairi Nizami Bakı, 1953)
Məsələ aktuallaşdığı üçün kitab 1991-ci ildə yenidən nəşr edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyev də çox ehtimal ki, ədəbiyyatla maraqlanan bir
insan kimi bundan faydalanmışdır.
Azərbaycan ədəbiyyatşünasları Nizami haqqında kifayət qədər yazmışlar, lakin
hələ araşdırılmalı məsələlər çoxdur.
|