38
Bəhruz Sərvət
Nizami “Xəmsə”sinin yenidən işlənib, nəşr edilməsinin əhəmiyyəti.
Iran ədəbiyyatşünasları arasında son dövrlərdə Nizami irsinin öyrənilməsi və
tədqiqində çox böyük əməyi vardır. Müəllif, 1363-1379-cu
illərdə Nizami əsərlərini
yenidən təhlil edərək nəşr etdirməyə nail olmuşdur. B.Sərvət bugünə qədər Nizami
əsərlərini təhlil
edən nə qədər alimlər varsa, onların yazıları ilə tanış olmuş, digər Şərq
və Avropa müəlliflərinin Nizami əsərlərinə münasibətlərindən faydalanmışdır. Alim, hər
bir müəllifin yazılarına xoş münasibətlə yanaşmış, onlara xüsusi rəğbət bəsləmişdir.
Lakin müasir dövrün tələblərini nəzərə alaraq daha geniş və müfəssəl şəkildə Nizami
poemalarını açmağa müvəffəq olmuşdur.
Ancaq Nizamini fars ədəbiyyatının ən uca zivəsində dayandığını söyləyən ədib, onu
farslaşdırmaqdan yan keçməmişdir.
Bizə elə gəlir ki, İran ədəbiyyatşünaslığında bu hal
ümumi bir bəlaya çevrilmişdir. Görünür onlar bu ənənədən əl çəkə bilməyəcəklər, ta o
vaxta
qədər ki, biz onlardan daha çox yazıb Nizamini dünya ictimaiyyətinə çatdıra bilək.
Son illərin məhsulu olan Səid Həmidinnin 2011-ci ildə yazdığı və nəşr etdirdiyi
“Nizami Gəncəvinin 5 poeması” kitabında müəllif yeni çalarlardan
bəhs etsə də, açıqca
bu əsərin Vəhid Dəstgerdinin yazdıqları əsasəında tərtib edildiyi göstərilir. Demək,
Nizaminin İran şairi, fars ədəbiyyatının önündə gedən sənətkarı fikirləri gündəmdə qalır.
Bizə elə gəlir ki, bu ənənəni onların şüurundan çıxarmaq üçün çox çalışmalıyıq.
Dostları ilə paylaş: