Mənalı təmsillər. Nizami yaradıcılığında təmsillərin xüsusi rolu olmuşdur. Şair
bəzən sözlərini açıq deməkdən çəkinsə də, onları təmsillər vasitəsilə hökmdarlara
çatdırmışdır.
Misal olaraq xəyanət üçün öz itini asan çoban, Bəhram şaha ətrafındakılara nəzər
salmağın vaxtıdır, mətləbini aşılayır. Elə məsələ burasındadır ki, Nizami təmsilləri
əslində insanların tərbiyəsinə yönəlmiş, onları doğru yola cəlb etmək məqsədini
daşımışdır.
Nizamidə irfan. Ümumiyyətlə Nizamiyə görə insan inamsız yaşaya bilməz. Heç
təsadüfi deyil ki, həkim dinsiz olsaydı, xəmsənin 5 dastanının hamısında böyük allahın,
peyğəmbərin tərifini ilk olaraq verməzdi. Əsərləri boyu insan hansı işi görürsə, allahını
yaddan çıxarmamalıdır prinsipini əsas götürmüşdür. Elə ilk əsəri “Sirlər xəzinəsi”ndə bu
sehrli dünyanı allah olmasaydı, bəndə necə yaradardı fəlsəfəsi durur.
Qaydalar. Hər bir peşənin özünəməxsus üsulu və qaydası var. Nizami xəmsəsi
əvvəlcədən şairin özünün dərin təfəkkürünün qayələri əsasında yazılmışdır. Əgər
diqqətlə araşdırsaq, görərik ki, birinci poemasından başlayaraq, ta axırıncı dastanına
qədər Nizami ardıcıl bir qayda üzrə getmiş və bunu heç vaxt pozmamışdır.