59
MÜASİR İRAN ƏDƏBİYYATŞÜNASLIĞINDA NİZAMİ GƏNCƏVİ
İRSİNİN TƏDQİQİ
Dünya ədəbiyyatşünaslığının bir hissəsi olan İran ədəbiyyatı ən zəngin ənənələrə və
çox güclü şairlərə malik olmaqla yanaşı həm də qədim köklərə söykənir. Bəzən bu
ədəbiyyat bütün fars dilli ədəbiyyatı öz çərçivəsi dairəsinə salmağa çalışır. Nəzərə alsaq
ki, bütün Yaxın və Orta Şərqin şeir dili fars dili qəbul edilmişdir, onda buna heç bir
ehtiyac qalmır. Orta əsr şairlərinin əksəriyyəti fars dilinə müraciət etdiklərindən yeni bir
fars dilli şeir çələngi meydana çıxmışdır. Bu şairlərdən Firdovsi, Xəyyam, Sədi, Hafiz,
Rudəki, Cami, Farabi, C.Rumi, Nəvai ilə yanaşı Xaqani, Məhsəti, Nəsimi, Füzuli kimi
şairlər Azərbaycan şeirinin fövqündə dayanmış, əsərlərinin əksəriyyətini fars dilində
yazmışlar.
Nizamiyə gəldikdə isə, o, xüsusi bir yer tutmuş, nəinki Şərqin, dünyanın ən qüdrətli
şairi kimi şöhrət qazanmışdır. Nizami, İran ədəbiyyatşünaslığında özəl bir yer tutur. Heç
təsadüfi deyil ki, ömrünün 30 illik fəaliyyətini Nizamiyə və onun yaradıcılığına həsr
etmiş böyük İran alimi V.Dəstgerdi demişdir ki, İran ədəbiyyatnıda Nizami ilə müqayisə
ediləcək ikinci bir şairə rast gəlmək mümkün deyildir. Ədalət naminə desək, elə
Nizamidən ən çox yazan, onu lap çox araşdırıb tədqiq edənlər İran yazıçı, şair, alim və
şərqşünaslarıdır. Nizaminin fars dilində yazması buna daha artıq stimul yaratmışdır.
Əlbətdə, burada fars təsirinin də istisna rolu vardır. Lakin həqiqət naminə desək,
Nizamini ən çox təhlil edən və onun əsərlərini tədqiq edənlər də İran alimləridir.
Nəticədə Nizami dünyada məşhurlaşmış, İranda isə onu tanımayan yoxdur. XIX
əsrin II yarısından başlayaraq İran alimlərindən S.Nəfisi, V.Dəstgerdi, Ə.Şəhabi,
Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, B.Zəncani, Ə.Fərzanə və başqaları Nizamiyə
dönə-dönə müraciət etmiş, onun əsərlərini təhlil etmiş və tədqiqatında mühüm rol
oynamışlar. Nəticədə Nizami əsərləri fars və ingilis dillərində bütün dünyaya
yayılmışdır.
60
Lakin bu araşdırmaların hamısı ilə tam razılaşmaq mümkün deyildir. Burada bir
neçə faktora diqqət yetirmək lazımdır:
1.
Nizami elə bir dahidir ki, hər tədqiqatçı onu olduğu kimi dərk edə bilməz.
2.
İran ədəbiyyatşünasları bir qayda olaraq Nizamiyə fars prizması ilə yanaşmışlar.
3.
Şairin doğum ilində 10 il fərqlə yazılara rast gəlinir.
4.
Nizamidə türkçülük meyllərinə demək olar ki, heç toxunulmamışdır.
5.
Onun Gəncədə doğulması inkar edilməsə də, başqa yerdən gəldiyi fikirləri var.
6.
Orta əsr şeir dili fars dili olduğundan İran ədəbiyyatşünasları onu fars şairi kimi
verməyə çalışırlar.
7.
Nizamini dünyaya ən çox tanıdan İran alimləri olduları üçün, elə şair haqqındakı
fikirləri də onlar formalaşdırmışlar.
Açığını etiraf etsək, Azərbaycan onun vətəni olsa da, H.Araslı və R.Əliyevdən
başqa şairin əsərləri o qədər təhlil olunmamış, tədqiq edilməmişdir. Ayrı-ayrı illərdə və
şairin 800-850 illik yibileylərində işlər aparılıb müxtəlif məqalələr yazılmışdır ki, bunu
bizcə qənaətbəxş saymaq olmaz. Heç deyilsə biz mütəmadi olaraq «Nizami məktəbi»
yaratmalı idik. Təəssüflər olsun ki, biz bunu etmirik, nəticədə İran alimləri artıq indidən
Nizaminin 900 illiyinə hazırlıq məqsədilə şairin xəmsəsini yenidən fars və ingilis
dillərində dünyaya yayıb özününküləşdirirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Nizami elə böyük bir şəxsiyyətdir ki, onun
xəmsəsinin hər bir əsərində ən azı 5 dahi çıxır. Bu baxımdan əgər şairin hər misrasından
bir öyüd və nəsihət çıxırsa, biz onu ömrümüz çatıncaya qədər araşdırmalı və tədqiq
etməliyik.
İranda elə bir il olmur ki, Nizami haqqında yazmasınlar, onu təhlil etməsinlər və
əsərələri araşdırılaraq tədqiq edilməsin. Şairin doğum ili haqqında yeni-yeni
mülahizələr, onun ilk şeirləri barədə araşdırmalar, yaşadığı dövr və bu dövrün
hökmdarları haqda geniş məlumatlar verilməklə yanaşı xəmsədəki əsərlərindən «Sirlər
xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi Gözəl» və «İskəndərnamə»
poemalarnın səciyyəvi xüsusiyyətləri, onların yaranma səbəbləri haqqında geniş şərhlər
61
verib açıqlamağa çalışmışlar. Maraqlı orasıdır ki, bu tədqiqatlar bir-birini təkrar
etməmiş, yeni-yeni mətləblərin meydana çıxmasına səbəb olmuşdur. İndiyə qədər də
Nizami və onun xəmsəsi bir tədqiqat obyekti olaraq qalmaqdadır.
İranda bu iş dövlət səviyyəsində dəstəklənir və müxtəlif çap evlərində yazılan hər
bir elmi məqalə işıq üzü görür. Digər tərəfdən Nizaminin atəşpərəstlik, sufilik, islama
münasibətləri və onun dini görüşləri araşdırma obyekti olaraq açıqlanmağa çalışdırılır.
Nizamidə idrak, irfan və real dünya görüşü bir vəhdət təşkil edir. Elə buna görədir ki, biz
Nizamini nə tam din xadimi, nə sufii, nə də dinsiz adlandıra bilmirik. Şairin tarixi
şəxsiyyətlərə müraciət etməsi və öz fəlsəfi fikirlərini söyləməsi onun tam öz düşüncə
tərzindən xəbər verir.
Nizamiyə bir şair kimi baxmaq doğru sayılmazdı. O, dövrünün bütün mövcud
elmlərini şeriyyətə gətirməklə, fəlsəfi fikir sahəsində ən uca kulminatik nöqtəni fəth
etmişdir. Belə olmasaydı bu illər ərzində Nizamidən bu qədər yazmaq mümkün olmazdı.
Tədqiqatlar göstərir ki, Nizami elə bir bitməz-tükənməz xəzinədir ki, biz hələ onun
içərisinə daxil olmağa macal tapmamışıq. Olsa-olsa onun astanası ağzındayıq. Elə buna
görədir ki, təkcə İran alimlər deyil, Nizamini bütün dünya alimləri onu tədqiqat
obyektinə çevrilmişdir. Bəşəriyyətin poeziya hissiyyatı durduqca Nizami öz ölməzliyi
ilə yaşayacaq, neçə-neçə nəsillərə örnək olacaqdır. Həmişəyaşıl ağac kimi heç vaxt
solmayacaqdır.
Nizamini ən çox araşdıran, onun əsərlərini təhlil edib tədqiq edən şərqşünas
alimlərdən V.Dəstgerdi və rus alimi akademik Bertelsdir. V.Dəsgerdi öz yazılarında
qeyd edir ki, mən, Nizami xəmsəsini 100 dəfədən çox oxuyub mütaliə etmişəm. Ancaq
hər dəfə Xosrov və Leylinin ölüm səhnələrinə gəldikdə gözlərimdən qeyri-ixtiyari olaraq
yaş gəlmişdir. Əsərin emosional təsiri o qədər yüksəkdir ki, biixtiyar insan özünü
saxlaya bilmir. Biz, Nizamini tədqiq etməklə özümüzü dərk etmiş oluruq. Eyni zamanda
elm aləmi də bizi tanımağa başlayır.
62
Akademik Bertels demiş ki, Nizami bəşəriyyətin 100 illərlə arzuladığı azadlıq,
bərabərlik, qardaşlıq, doğruluq, sülh ideyalarını onlara bəxş etmişdir. Biz ondan daha nə
istəyə bilərdik?! (94-98)
Həqiqət naminə desək İran ədəbiyyatşünaslığında Nizami xüsusi bir yer tutur. Uzun
illər onu tədqiq etmək deyilənlərə bariz nümunədir.
Hal-hazırda İranda elə bir ədəbi məclis, elə bir şair, yazıçının yubileyi, elə bir
ədəbi-bədii konfrans, konqress olmaz ki, orada Nizami adı çəkilməsin. Söhbət dünya
poeziyası incilərindən gedərkən hər şeyin başında Nizami şeriyyatı durur.
Nizaminin çox nəfis və gözəl farscası var ki, insan istər-istəməz ondan uzaqlaşa
bilmir. Digər tərəfdən bu dil bütün oxucu kütlələri üçün anlaşıqlıdır. Nizami
poeziyasındakı ərəb və türk sözləri tam yerli-yerində işlədilərək şerə yeni bir təravət
gətirmişdir. Şairin bir poliqlot kimi dilləri kamil bilməsi ona başucalığı gətirmiş,
əsərlərinin tez bir zaman içərisində yayılmasına zəmin yaratmışdır. Beləliklə də, Nizami
hələ sağlığında ikən özünə ölməzlik, əbədilik mücəssəməsi yaratmışdır.
Doğurdan da İran ədəbiyyatşünaslığında 100-dən artıq müəllif Nizaminin həyatı,
şəxsiyyəti, yaşadığı dövrü, onun şeir dünyası və xəmsəsindəki beş əsəri haqqında çox
yazmışlar. Lakin onu qeyd etmək yerinə düşər ki, bu müəlliflərin Nizamiyə yanaşma
tərzi hər kəsin öz bilik meyarı çərçivəsi hesabınadır. Nəticədə elə bir müəzzəm elmi
əsərlər toplusu meydana gəlmişdir ki, onları illərcə tədqiq etməyə yetərincə vaxt
lazımdır.
İran ədəbiyyatşünaslığında Firdovsi və Nizamidən başqa bu qədər tədqiqat obyekti
olan şairə rast gəlmək mümkün deyil. Sevindirici haldır ki, bu işlər indi də gənc
ədəbiyyatşünas, alim və şərqşünaslar tərəfindən davam etdirilir. Bu, onu göstərir ki,
Nizami elə bir ümmanlı dahidir ki, biz hələ onun içərisinə heç qurşağa qədər də daxil ola
bilməmişik.
Müasir ədəbiyyatşünaslıqda Nizami haqda yazan və onu tədqiq edən alimlərdən ən
görkəmlisi doktor Ə.Zərrinkubdur. Ona görə ki, Zərrinkub Tehran universitetində,
Əfqanıstanda, Pakistanda, Hindistanda, İsveçdə və hətta Oksford universitetində
63
çalışaraq şərq ədiblərini, ədəbiyyatını tədris etmiş, eyni zamanda Nizamiyə xüsusi
hüsnü-rəğbəti olmuşdur. Onun 2004-cü ildə yazdığı «Gəncə piri və ya utopiya» əsəri
Nizaminin həyat, əsər və fikir dünyasından bəhs edir.
Müəllif bu əsərlə Nizami dünyasını tam açmağa çalışmış, eyni zamanda onun
tədqiqini göstərilən ölkələrdə yaymışdır. Onun Nizami haqqındakı kitabı ingilis dilində
yazılıb tərcümə edilərək dünyanın əksər ölkələrinə yayılmışdır.
Bu baxımdan İran alim və ədəbiyyatşünaslarının gördüyü işlər təqdirə layiqdir.
Ə.Zərrinkub Nizamini tədqiq etməklə qərb aləminə poeziyanın şərqin özü kimi necə
əsrarəngiz odğunu çatdırmış, onu sevdirməyə nail olmuşdur. Ədəbiyyatın, mədəniyyətin,
sivilizasiyanın Şərqdən doğub nəşət etməsini bir daha sübut etmişdir. Heç də Nizami
kimi dahiləri yetişdirən şərqin təsadüfi bir yer olmamasını sübuta yetirmişdir.
Tədqiqatçı, günəşin Şərqdən doğub yer kürəsini qızdırdığını söyləməklə şeriyyatın da
bir o qədər qəlblərə nüfuz etdiyini göstərməyə çalışmışdır. Doğurdan da, əsrlər, illər
ötüb keçsə də Avropanın ən məşhur şairləri şərq şeriyyatının ecazkar ritmi qarşısında
aciz qalmış, etiraf etməyə məcbur olmuşlar ki, Şərqin ən adi şairi Qərbin ən görkəmli
şairindən daha üstündür. Bu nöqteyi-nəzərdən Nizami heç kəslə müqayisə ediləcək bir
şair deyil. 900-ilə yaxın bir məsafə onu bizdən ayıran olsa da, yenə ikinci bir Nizami
yetişəcəyi mümkünsüz görünür.
Dostları ilə paylaş: |