Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə32/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   28   29   30   31   32   33   34   35   ...   95
Saltıkov-Şedrin adına Sankt-Peterburq şəhərinin mərkəzi kitabxanasında 
saxlanılmaqdadır.  
Bütün bunları  nəzərə alsaq, heç tərəddüd etmədən bu qənaətə  gəlmək olar ki
Nizaminin  şeirlər divanı  həqiqətən olmuşdur. Fikrimizcə bunları bir yerə toplayıb 
millətimizə çatdırmağın vaxtı gəlib çatmışdır.  
S.Nəfisinin 1338-ci ildə yazdığı «Asaro əhvalo divane qəsaedo qəzəliyyate Həkim 
Nizami Gəncəvi» əsəri 316 səhifəlik kitabda cəmlənmişdir. 
Nizami həyat və yaradıcılığından bəhs edən ən dolğun məlumatdır. Müəllif burada 
Nizaminin olum və ölüm tarixlərini 5-10 il fərqlə göstərsə də, ancaq bilgi etibariylə çox 
vacib məsələyə toxunmuş, şairin ailəsi haqda bəzi bilgiləri vermişdir. Aydındır ki, heç 
bir müəllif Nizami barədə onun bioqrafiyasını aça bilməmişdir. Bu da ondan irəli gəlir 
ki, məlumatlara tam söykəniləcək bir mənbə bu gün belə yoxdur. 
S.Nəfisi bir alim kimi Nizami xəmsəsindəki 5 dastanı  təhlil etmiş, onların 
mahiyyətini açıqlamışdır. Bunlarla razılaşmamaq olmaz. Lakin onun yazılarında bəzən 
Nizamiyə  fars prizması ilə baxması, hətta, fras şairi deməsi fikirləriylə razılaşmaq 
mümkün deyildir. 
Bunu Azərbaycan şərqşünasları H.Araslı, R.Əliyev və X.Yusifli qeyd etmişlər ki
Nizami Gəncədə döğulmuş, orada yaşamış və yaratmış, oradan kənara çıxmamış, orada 
da torpağa tapşırılmışdır. 
S.Nəfisi  də bunları etiraf etsə  də, nədənsə  bəzən öz dediklərini təkzib edib «fars 
şairi» ifadəsini işlətmişdir. Bütün bunlara baxmayaraq böyük alim S.Nəfisinin Nizami 
haqqındakı yazıları nizamişünaslıqda önəmli rol oynayır. 
 

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin