xarici tərkibi şəxsin elə hərəkətlərindən (hərəkətsizliyindən) ibarətdir ki, bu hərəkətlər (hərəkətsizlik) hüquqi
nəticənin yaranmasına yönələn iradə ifadəsi kimi çıxış edir. radənin daxili tərkibi isə hərəkət etməyə, ifadə
olunmağa və əqd bağlamağa yönələn iradəni, yəni müəyyən hüquqi xarakterli hərəkətə yönələn iradəni əhatə
edir. Göstərilən növ etibarsız əqdlər iradənin məhz daxili tərkibindən məhrum olur.
Mülki hüquqda zorakılıq dedikdə, əqd iştirakçısını əqd bağlamağa vadar etmək üçün fiziki və ya mənəvi
ə
zab-əziyyət vermək yolu ilə onun iradəsinə göstərilən təsir başa düşülür. Fiziki və ya mənəvi əzab-əziyyət əqd
iştirakçısının yaxınlarına (atasına, qardaşına, oğluna və digər ailə üzvlərinə, yaxın qohumlara) da verilə bilər.
Məsələn, alıcı evi ucuz qiymətə almaq üçün ev mülkiyyətçisinin oğluna əzab-əziyyət verir. Başqa bir misalda
şə
xs bağ evini kirayəyə götürmək üçün həmin evin sahibinin atasına fiziki təzyiq göstərir. Beləliklə, zorakılıq
ə
qd iştirakçısının arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldikdə də əqd etibar-
sız sayılır (MM-in 339-cu maddəsinin 4-cü bəndi).
Zorakılıq hüquqazidd hərəkətlərdə ifadə olunmalıdır. Məsələn, şəxsin əlindən tutub zorla onu müqaviləyə
qol çəkdirmək; onu qaranlıq yerdə saxlamaq; onun əl-qolunu bağlamaq; həmin şəxsi bağlı divarlar arasında
saxlamaq və s. Bunların cinayət hərəkətləri olması tələb edilmir və məjburi deyil. Bu, o deməkdir ki, hüquqa-
zidd hərəkətlər cinayət olmayan hərəkətlərlə də edilə bilər. Məsələn, şəxs qulluq tabeliyindən və ya vəziyyətin-
dən istifadə etməklə əqd iştirakçısının iradəsinə təsir göstərir. Bu, zorakılıq hərəkətidir. Hərəkətlər qanuna zidd
məqsədlərlə və qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməlidir (MM-in 339-cu maddəsinin 4-cü
bəndi). Ümumiyyətlə, əqdin etibarsız hesab edilməsi üçün əsas olan zorakılıq həmişə mülki hüquq pozuntusu
kimi çıxış edir.
Zorakılıq, bir qayda olaraq, kontragent tərəfindən həyata keçirilir. O, üçüncü şəxslər tərəfindən də edilə bi-
lər. Belə halda vacibdir ki, kontragentin bu barədə məlumatı olsun, üçüncü şəxs onun tapşırığı və icazəsi ilə hə-
rəkət etsin və bu hərəkətlərdən o, öz mənafeyi üçün istifadə etsin. Məsələn, vətəndaş kimsəsiz qonşusundan xa-
hiş edir ki, qonşu mənzilini ona bağışlasın. Qonşu bundan imtina edir. Vətəndaşın tapşırığı ilə hər hansı üçüncü
şə
xs qonşunu bağışlama müqaviləsi bağlamağa məjbur etmək üçün ona fiziki təzyiq göstərir. Deməli, zorakılıq
üçüncü şəxs tərəfindən törədildiyi halda da əqd etibarsız sayılır (MM-in 339-cu maddəsinin 4-cü bəndi).
Zorakılıq nəticəsində bağlanmış əqd məhkəmə tərəfindən etibarsız sayılır. Bu barədə iddianı zərərçəkən
verir.
Belə əqdin məhkəmə tərəfindən etibarsız sayılması onunla izah edilməlidir ki, bu məsələ (əqdin doğurduğu
nəticəni aradan qaldırmaq) barədə tərəflər arasında yaranan mübahisə çətin ki, məhkəməsiz könüllü yolla həll
olunsun.
Dostları ilə paylaş: |