psixi təsir (təzyiq) başa düşülür. Bu təsir (təzyiq) əqd iştirakçısı nəzərdə tutulan əqdi bağlamayajağı təqdirdə,
ona və ya onun yaxınlarına gələcəkdə əmlak, fiziki-cismani və ya mənəvi zərər vurulmasını bildirmək yolu ilə
göstərilir. Əqd iştirakçısının yaxınları dedikdə, onun arvadı (əri), digər ailə üzvləri və yaxın qohumlar başa dü-
ülür (MM-in 339-cu maddəsinin 4-cü bəndi). Məsələn, qonşu vətəndaşdan tələb edir ki, əgər o, öz qaracını sat-
340
Xarici ölkələrin mülki hüquq elmində hədəyə mahiyyətjə eyni anlayış verilir. Məsələn, L.Ennekserus yazır:
hədə elə bir təsirdir ki, bu təsir hədə göstərən şəxsin iradəsindən bu və ya digər dərəcədə asılı olmaqla kiməsə
gələcəkdə pislik (yamanlıq) edilməsinə yönəlir. Yaponiya mülki qanunvericiliyində hədə yox, məjburetmə təsi-
ri altında bağlanan əqd anlayışı işlədilir (MM-in 96-cı maddəsinin 1-ci bəndi). Məjburetmə elə bir qanunsuz hə-
rəkətdir ki, bu hərəkət başqa şəxsi qorxutmaqla və həmin şəxsə hər hansı pislik edilməsi hədəsi altında onu mü-
ə
yyən iradə ifadəsinə vadar edir.
Öz məqsəd istiqamətinə görə hədə zorakılığın eyni olub, ona bərabər tutulur. Belə ki, hədənin vasitəsilə
kontragent əqd iştirakçısını onun arzulamadığı əqdi bağlamağa məjbur etmək istəyir.
Bununla belə, onlar arasında fərqli cəhətlər də vardır. Birincisi, hədə zorakılıqdan fərqli olaraq, fiziki-cisma-
ni təsirdən (təzyiqdən) məhrumdur. Hədə yalnız psixi təsirlə (təzyiqlə) bağlıdır. kincisi, zorakılıqdan fərqli ola-
raq, hədə həm hüquqazidd hərəkətlər etmək (məsələn, şəxsi əmlakı məhv etmək, işgənjə vermək, bədənə xəsa-
rət yetirmək və s.), həm də hüquqauyğun hərəkətlər etmək (məsələn, vergi və ya polis orqanlarına xəbər ver-
mək, cinayət əməli barədə mətbuatda çıxış etmək və s.) imkanından ibarətdir. Zorakılıq isə həmişə hüquqa-
Dostları ilə paylaş: