4. Əqdin konversiyası
Bəzi hallarda əqdin etibarsızlığı tərəflərə məlum olduqdan sonra onlar arzu edir və istəyirlər ki, əqd etibarlı
olsun. Belə halda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qayda-
ları tətbiq edilir. Buna əqdin konversiyası (latınja «sonversio» — çevrilmə, dəyişmə) deyilir. Əqdin konversi-
yası dedikdə, etibarsız əqdin tərəflərin razılığı ilə başqa etibarlı əqdə çevrilməsi (başqa əqdin qaydalarının tət-
biq edilməsi) başa düşülür.
Ə
qdin konversiyası konstruksiyası bizim ölkə qanunvericiliyinə Almaniya mülki qanunvericiliyindən keç-
mişdir. Almaniya Mülki Qanunnaməsinin 140-cı paraqrafı həmin konstruksiyanı nəzərdə tutur. Azərbaycan
Respublikasının əvvəlki qanunvericiliyi, ümumiyyətlə, bütün sovet məcəllələri göstərilən konstruksiyanı tanı-
mırdı. RF-in yeni MM-nə də əqdin konversiyası konstruksiyası məlum deyil.
Ə
qdin konversiyası ilə bağlı münasibətlərin tənzimlənməsi MM-in 353-cü maddəsi ilə həyata keçirilir. Bu
maddədə etibarsız əqdin etibarlı əqd kimi tanınmasının şərtləri göstərilmişdir.
Ə
qdin konversiyasına praktikada rast gəlmək mümkündür. Məsələn, ata sağlığında, ölməmişdən qabaq öz
oğlu ilə belə məzmunda vərəsəlik müqaviləsi bağlayır: ata ölən kimi miras əmlak onun oğluna keçsin. Ata və
oğul müəyyən edirlər ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik müqaviləsi bağlanmasına
yol vermir, belə müqavilə növünü nəzərdə tutmur. Bunu bildikdən sonra ata miras əmlakın öz oğluna vəsiyyət
edilməsi barədə birtərəfli əqd bağlayır, yəni vəsiyyətnamə tərtib edir. Belə halda etibarsız vərəsəlik müqaviləsi
etibarlı vəsiyyətnamə ilə (birtərəfli əqd ilə) əvəz olunur.
Almaniya hüquq ədəbiyyatında əqdin konversiyasına belə bir misal çəkilir: 16 yaşlı şəxs ağır xəstəlikdən öl-
məsini zənn edərək öz miras əmlakının qardaşına verilməsi barədə onunla vərəsəlik müqaviləsi bağlayır. Bun-
dan sonra həmin şəxs bilir ki, 18 yaşı tamam olmadığına görə onun bağladığı
ə
qdlər etibarsızdır. Odur ki, 16
yaşlı şəxs miras əmlakının qardaşına verilməsi barədə vəsiyyətnamə (birtərəfli əqd) tərtib edir. Belə ki, Almani-
ya qanunvericiliyinə görə 16 yaşına çatmış hər bir şəxsin vəsiyyətnamə tərtib etmək hüququ vardır. Daha başqa
bir misalda şəxs öz əmlakını girov qoymaqla öz qonşusundan borc pul alır. Bu məqsədlə onlar arasında borc və
girov müqavilələri bağlanılır. Amma müəyyən əsasa görə girov müqaviləsi (ikitərəfli əqd) etibarsız hesab edilir.
Bunu bilən kimi tərəflər etibarsız girov əqdini saxlama əqdinə çevrilməsi barədə razılığa gəlirlər. Saxlama elə
birtərəfli əqddir ki, bu əqdə görə borcverən (kreditor) borcalan aldığı borcu qaytaran kimi əmlakı (söhbət girov
qoyulmuş əmlakdan gedir) özündə saxlamaq hüququna malikdir.
Dostları ilə paylaş: |