masına aid edilə bilməz. Çünki məjburi formanı pozmaqla bağlanmış əqd bütövlükdə etibarsızdır (MM-in
329-cu maddəsinin 1-ci bəndi).
Dördüncüsü, əqdin etibarlı hissəsinin etibarsız hesab edilən hissədən ayrılmaq və müstəqil surətdə
mövcud olmaq imkanı olmalıdır.
Beşincisi, etibarsız hesab olunan hissə əqddən çıxarıldıqdan sonra əqdin qalan hissəsi tərəflərin mənafeyini
təmin etmək qabiliyyətini itirməməlidir, əqd bağlanan zaman qarşıya qoyulan məqsədə çatmağa imkan ver-
məlidir.
MM-ə dəyişikliklər və əlavələr edilənə kimi məlum məsələdir ki, mübahisə edilən əqdlərin etibarsız hesab
edilməsi barədə iddia yalnız qanunda nəzərdə tutulan iddia müddəti ərzində verilə bilərdi. Bunun üçün qanun
bir il iddia müddəti müəyyənləşdirirdi (MM-in 354-cü maddəsinin 2-ci bəndi). Bu müddətin axımı əqd hədə
və ya zorakılıq təsiri altında bağlandığı hallarda, həmin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə
son qoyulduğu gündən başlayır və hesablanırdı. Digər növ mübahisəli əqdlər bağlandığı hallarda isə bir illik id-
dia müddətinin axımı iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən
başlayırdı.
Bir illik iddia müddəti onu ifadə edir ki, maraqlı şəxs yalnız həmin müddət ərzində məhkəməyə iddia ərizəsi
verə bilərdi. Həmin şəxsin bu müddəti üzrlü səbəb olmadan ötürməsi və buraxması onun üçün arzuolunmaz
nəticəyə səbəb olurdu. Belə ki, o, məhkəməyə iddia vermək hüququnu itirirdi. Məhkəməyə isə iddia verilməzdi-
sə, əqd etibarlı hesab edilirdi.
MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra isə vəziyyət dəyişmişdir. Belə ki, indi əqdlər məhkəmə
tərəfindən etibarsız sayılmasına görə yox, mübahisə edilməsinə görə etibarsız sayıldığına görə Mülki Məcəllə
iddia müddəti əvəzinə, mübahisə müddəti haqqında göstəriş ifadə edir. Mübahisə müddəti odur ki, bu müddət
ə
rzində maraqlı şəxs əqd barəsində mübahisə edə bilər; əgər həmin müddət ötərsə, o, mübahisə etmək hüququ-
nu itirir və əqd etibarlı sayılır.
Mülki qanunvericilik iki növ mübahisə müddəti nəzərdə tutur (MM-in 354-cü maddəsinin 2-ci bəndi):
●
bir aylıq müddət;
●
bir illik müddət.
352
Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin mübahisə edilməsi üçün bir aylıq müddət tətbiq
olunur. Mübahisəli əqdin yerdə qalan növlərinin mübahisəsi üçün isə bir illik müddət nəzərdə tutulmuşdur.
Puç əqdlərə gəldikdə isə onu deyə bilərik ki, qanun bu cür əqdlərin etibarsız sayılması haqqında iddia veril-
məsi müddətini (iddia müddətini), habelə mübahisə müddəti nəzərdə tutmur. Bu, onunla bağlıdır ki, bir qayda
olaraq, puç əqdlər məhkəmə tərəfindən etibarsız sayılmır. Yalnız nadir hallarda puç əqdlərin etibarsız sayılması
barədə məsələ məhkəmə araşdırmasının predmetinə çevrilir. Digər tərəfdən puç əqdlər mübahisə edilmir. Ona
görə də onların mübahisəsi üçün müddət müəyyənləşdirilə bilməz.
Qanun puç əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia verilməsi üçün bir illik müddət mü-
ə
yyənləşdirir (MM-in 354-cü maddəsinin 1-ci bəndi). Bu müddət əqdin icrasına başlanıldığı gündən hesablanır.
Müvafiq iddia yalnız bir il müddəti ərzində verilə bilər.
Qanun mübahisə edilən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia üçün bir illik müddət
müəyyən edirdi. Bu müddət mübahisə edilən əqdin etibarsız sayılması haqqında iddia üçün müəyyənləşdirilən
müddətlə anoloci qaydada hesablanırdı. ndi bu qayda qüvvədən düşmüşdür.
Dostları ilə paylaş: |