353
zərərçəkənə vurulmuş zərərin əvəzini ödəmək vəzifəsindən ibarətdir.
Ə
sas əmlak nəticəsinin özünün üç yarımnövü vardır:
●
ikitərəfli restitusiya (latınja «restitutio» — bərpa etmək);
●
birtərəfli restitusiya;
●
müsadirə.
Özü də dərhal qeyd etməliyik ki, bizim ölkənin yeni Mülki Məcəlləsi 1964-cü il MM-dən fərqli olaraq, əm-
lak nəticəsinin müsadirə kimi növünü nəzərdə tutmur. Amma buna baxmayaraq, Azərbaycan Respublikasının
mülki qanunvericilik sisteminə daxil olan bəzi normativ aktlarda müsadirə növünə rast gəlmək mümkündür.
Məsələn, «Valyuta tənzimi haqqında» qanunun 18-ci maddəsinə görə valyuta sərvətləri ilə aparılan əqdlər (mə-
sələn, xarici valyutanın alqı-satqısı əqdləri və s.) etibarsız hesab edildikdə, əldə edilən gəlirlər müsadirə edilir.
Dostları ilə paylaş: