kitərəfli restitusiya odur ki, bunun nəticəsində tərəflərin etibarsız əqd icra olunanadək mövcud olan vəziy-
yəti bərpa edilir, yəni tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarır. kitərəfli restitusiyanın ma-
hiyyəti əqd bağlayan hər iki tərəfin öz ilkin əmlak vəziyyətini bərpa etmələrindən ibarətdir. Məsələn, hər hansı
bir vətəndaş fəaliyyət qabiliyyəti olmayan ruhi xəstə ilə minik avtomobilinin alqı-satqı müqaviləsi bağlayır və
ona beş min manat verir. Bu, puç əqddir. Çünki bu kateqoriyadan olan ruhi xəstələr müstəqil surətdə əqd bağla-
ya bilməzlər (MM-in 342-ci maddəsində ifadə edilən göstərişə görə). Buna görə də vətəndaş minik avtomobili-
ni ruhi xəstəyə, ruhi xəstə isə aldığı pulu vətəndaşa qaytarır. Bununla onların alqı-satqı müqaviləsi icra edilənə-
dək mövcud olan əmlak vəziyyəti bərpa olunur. Bax, etibarsız əqd üzrə tərəflərin bir-birindən aldıqları əmlakın
(minik avtomobilinin və bu avtomobilə görə verilən pulun) hüquqi müqəddəratını müəyyən edən bu cür qayda
mülki hüquq elmində ikitərəfli restitusiya adlanır. Bu termin bizə Roma hüququndan keçmişdir («in inteqrum
restitutio» — ilkin vəziyyətin bərpa edilməsi).
Bəzi hallarda əqd üzrə alınanları eyni ilə (naturada) qaytarmaq mümkün olmur. Məsələn, əşya itir, yanır və
yaxud alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunur və s. Belə halda
müvafiq tərəf alınanın dəyərini pulla ödəyir (MM-in 337-ci maddəsinin 5-ci bəndi).
kitərəfli restitusiya aşağıdakı etibarsız əqdlərin əmlak nəticəsidir, yəni göstərilən əqdlər ikitərəfli restitusi-
yaya səbəb olur:
●
məjburi forması pozulmaqla bağlanmış əqdlər;
●
icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanmış əqdlər;
●
dövlət qeydiyyatı haqqında tələbin pozulması ilə bağlanmış əqdlər;
●
hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdlər;
●
məhdudlaşdırılmış səlahiyyəti aşmaqla bağlanmış əqdlər;
●
psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqdlər;
●
məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin bağladıqları əqdlər;
●
öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd-
lər;
●
mühüm (vacib) əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdlər.
Dostları ilə paylaş: |