§ 7. Əqdin etibarsız hesab
edilməsinin doğurduğu hüquqi nəticələr
1. Əmlak nəticələrinin növləri
Ə
qdin etibarsızlığı məlum olduqda, əgər əqd icra edilməmişsə, sadəjə olaraq, o, ləğv edilir. Bir çox hallarda
etibarsız əqd nəinki bağlanır, həm də tam və ya qismən icra edilir. Belə halda icra olunmuş etibarsız əqdin hü-
quqi müqəddəratını və taleyini müəyyənləşdirmək zərurəti yaranır. Söhbət əqdin icra edilməsi nəticəsində yara-
nan əmlak nəticəsinin aradan qaldırılmasından gedir. Məsələn, zorakılıq təsiri nəticəsində bağlanmış alqı-satqı
müqaviləsi etibarsız hesab edildikdə, satılan əşyanın və bu əşya üçün ödənilən pulun hüquqi taleyi nejə müəy-
yən edilir? Bu kimi suallara mülki qanunvericilik əqdin etibarsızlığına dəlalət edən əsaslardan asılı olaraq cavab
verir.
Ə
qdin etibarsızlığının əmlak nəticəsini iki növə bölmək olar:
●
əsas əmlak nəticəsi;
●
əlavə əmlak nəticəsi.
Ə
Dostları ilə paylaş: |