§ 3. Tapşırıq müqaviləsinin məzmunu
1. Vəkalət alanın vəzifələri
Müqavilə üzrə həm vəkalət alan, həm də vəkalət verən hüquq və vəzifələrə malikdirlər. Həm əvəzli, həm də
ə
vəzsiz tapşırıq müqaviləsi tərəflərin üzərinə müəyyən vəzifələr qoyur. Ona görə ki, tapşırıq müqaviləsi bütün
hallarda ikitərəfli (qarşılıqlı) müqavilədir.
Vəkalət alanın əsas vəzifəsi onun tapşırığı vijdanla yerinə yetirilməsindən və bu zaman vəkalət verənin
haqlı mənafelərini müdafiə etməsindən ibarətdir (MM-in 778.1-ci maddəsi). Başqa sözlə desək, o, tapşırığı
öhdəliklərin icrası zamanı tətbiq edilən vijdanlılıq prinsipi əsasında yerinə yetirməyə borcludur. Vijdanlılıq
prinsipinə görə vəkalət alan şərtləşdirilmiş vaxtda və yerdə, lazımı qaydada, müqavilənin şərtlərinə və qanunun
tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən tə-
ləblərə müvafiq sürətdə hərəkət etməklə tapşırığı həyata keçirir (MM-in 425-ci maddəsi).
Vəkalət alan yalnız ona verilmiş tapşırıqları yerinə yetirməlidir. Onun vəkalət verənin göstərişlərini qey-
ri-dəqiq ijra etməyə ixtiyarı çatmır, habelə həmin göstərişlərdən kənara çıxmağa haqqı yoxdur. Lakin bəzi mə-
qamlarda vəkalət alan vəkalət verənin verdiyi göstərişlərdən kənara çıxa bilər. Qanun iki şərt əsasında göstəriş-
lərdən kənara çıxmağın mümkünlüyünü nəzərdə tutur (MM-in 778.3-cü maddəsi):
- birincisi, iş üzrə elə bir vəziyyət yaranır ki, bu vəziyyət göstərişlərdən kənara çıxmağı tələb edir və belə
halda kənara çıxma barədə vəkalət alanın vəkalət verəndən ijazə almağa, onun bu barədə fikrini öyrənmə-
Dostları ilə paylaş: |