554
təşkil edir. Müqavilə qarşılıqlı olduğu üçün hər bir tərəfin daşıdığı vəzifəyə digər tərəfin hüququ uyğun gəlir.
Bununla bərabər, broker müqaviləsi tapşırıq müqaviləsi haqqında normalarla tənzimləndiyi üçün bəzi xüsusiy-
yətlərlə bu müqavilələr üzrə tərəflərin hüquq və vəzifələri üst-üstə düşür.
Brokerin əsas vəzifəsi sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığını vicdanla yerinə yetirmək-
də
n ibarə
tdir. O, vicdanlılıq prinsipinə zidd olaraq hərəkət edə bilməz. Tapşırığı icra edərkən vicdanlılıq prin-
sipini pozaraq onun digər tərəfdən haqq almağa ixtiyarı yoxdur. Bununla belə, broker eyni zamanda mənafeləri
bir-birinə zidd olan iki və daha çox müştəriyə xidmət edə bilməz. Əgər broker başqa iştirakçıya broker müqavi-
ləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də haqq almağı
şə
rtləşdirmişdirsə, onun haqq almaq və xərclərinin ödənilməsi hüququ istisna edilir (MM-in 788.3-cü maddəsi).
Ə
mtəə birjasında broker birja ticarətində bağlanan birja əqdlərinin hər bir müştəri üzrə uçotunu aparmalıdır.
O, bu məlumatları əqd bağlandığı gündən beş il müddətinə saxlamağa borcludur. Bununla bərabər, brokerlər
onların iştirakı ilə bağlanmış birja əqdlərindəki kommersiya sirrlərini yaymamağa, birja ticarətində fyuçers və
opsion əqdləri bağlanarkən müvafiq lisenziya almağa və digər vəzifələri icra etməyə borcludurlar.
Sifarişçinin əsas vəzifəsi ona vasitəçilik xidmətləri göstərmək tapşırığını icra etməyə görə haqq ödəməkdən
ibarətdir. Yuxarıda dediyimiz kimi sifarişçi haqqı vasitəçilik xidməti nəticəsində müqavilə həyata keçirildikdən
sonra ödəyir.
Sifarişçinin daşıdığı əsas vəzifələrdən biri tapşırığın icrası ilə əlaqədar olaraq çəkilən zəruri xərcləri ödə-
məkdən ibarətdir. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir (MM-in 788.2-ci mad-
dəsi). Əgər sifarişçi ilə müştərilər arasında müqavilə bağlanmazsa, onda da brokerin hüququ var ki, çəkdiyi
xərclərin əvəzinin ödənilməsini tələb etsin.
Beləliklə, broker bağlanan əqdlər barədə müvafiq tərəflə danışıqlar aparır, həmin əqdlərin bağlanmasının
mümkünlüyünü göstərir, müqavilənin bağlanması üçün vasitəçilik edir, yalnız faktiki hərəkətlər yerinə ye-
tirir. Broker özü əqd bağlamır; əqdi tərəflərin özləri bağlayırlar. Broker nümayəndə yox, kommersiya vasitəçi-
sidir. Ona görə də broker müqaviləsi nümayəndəlik müqaviləsi sayılmır.
TÖVS YƏ
OLUNAN Ə
LAVƏ
Ə
DƏ
B YYAT
Osnovnıe institutı qrajdanskoqo prava zarubejnıx stran /Pod red. V.V.Zalesskoqo. M., 1999 (qlava 2).
Tınelğ
A., Funk Ə
., Xvaley V. Kurs mejdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk 2000 (qlava 7, §
4).
Qrajdanskoe i torqovoe pravo kapitalistiçeskix qosudarstv. Otv.red.
E.A.Vasilğ
ev. M., 1993.
RENTA MÜQAV LƏS
Dostları ilə paylaş: