sində alıcı (müştəri) tapmaqda çətinlik çəkirdi. Belə ki, müştərilərin bahalı daşınmaz əmlakı əldə etmək üçün
kifayət qədər iri məbləğdə nəqd pul vəsaiti yox idi. Lakin onlar mülkiyyətçiyə daimi renta verməklə həmin əm-
lakı əldə etmək imkanı qazanırdılar. Mülkiyyətçi üçün də bu cür daimi renta vermək arzusunda olan müştərilər
tapmaq problemə çevrilmirdi. Göstərilən məhz bu kimi amillər renta münasibətlərinin yaranmasını və tətbiq
edilməsini şərtləndirirdi.
kinci səbəb onunla izah olunurdu ki, orta əsrlərdə kilsə faizi ilə borc verməyi yasaqlamışdı. Bunu dünyə-
vi qanunvericilik də qadağan etmişdi. Qeyd etməliyik ki, o dövrün qaydaları və kilsə sələmçiliyi (müamiləliyi)
lənətləyirdi. Belə vəziyyətdə renta şəxslərin ehtiyac və tələbatının təmin edilməsi üçün ən əlverişli vasitəyə çev-
rildi.
nqilabaqədərki Rusiya mülki hüquq elmində renta institutunun adı çəkilir. Lakin həmin dövrün mülki
qanunvericiliyində renta müqaviləsi hüquqi konstruksiyası nəzərdə tutulmamışdı.
1922-ci il sovet Mülki Məcəlləsi və o dövrün mülki qanunvericiliyi renta müqaviləsi hüquqi konstruksiyası-
nı tanımırdı. Bu, şübhəsiz, sovet ideoloci qaydası və prinsipi ilə izah edilirdi. Belə ki, sovet qayda-qanunu sə-
ləmçiliyi və müamiləliyi yolverilməz hal hesab edirdi.
Müttəfiq sovet respublikalarının 1964-cü il mülki məcəllələri real həyatda baş verən faktiki renta münasibət-
lərini nəzərə alaraq bu münasibətləri olduqja məhdud dairədə rəsmiləşdirdi. Azərbaycan Respublikasının 1964-
cü il MM-in 24-cü fəslinə daxil olan normalar (246-253-cü maddələr) renta müqaviləsinin bir növü olan şəxsi
ömürlük saxlamaq şərti ilə evin özgəninkiləşdirilməsi müqaviləsinin nizama salınmasına həsr edilmişdi. Qanun
yalnız yaşına və ya səhhətinə görə əmək qabiliyyəti olmayan mülkiyyətçinin özünə məxsus olan fərdi yaşayış
evini və ya onun bir hissəsini əldə edənin mülkiyyətinə verməyə icazə verirdi. Əldə edən isə mülkiyyətçini
ömürlük saxlamalı idi.
Renta münasibəti iki mənada işlədilir: iqtisadi mənada; hüquqi mənada. qtisadi mənada renta münasibəti
dedikdə, müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxsin mülkiyyətinə verilməsi ilə bağlı yaranan iqtisadi
münasibət başa düşülür. Hüquqi mənada renta münasibəti isə əmlakın mülkiyyətə verilməsi ilə əlaqədar əmələ
gələn əlaqəni tənzimləyən hüquq normalarının sistemi başa düşülür. Bu normalar renta müqaviləsini tənzimləmə-
yə yönəlmişdir.
Dostları ilə paylaş: |