§ 1. Renta müqaviləsinin anlayışı, xüsusiyyətləri,
hüquqi təbiəti və növləri
1. Renta iqtisadi kateqoriya kimi
Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi ilk dəfə olaraq müstəqil renta müqaviləsi institutunu
nəzərdə tutur. Belə ki, ölkədə həyata keçirilən islahatlar və sosial-iqtisadi vəziyyətin dəyişməsi faktiki olaraq
real həyatda yaranan renta münasibətlərinin hüquqi cəhətdən rəsmiləşdirilməsini zərurətə çevirdi. Yeni MM bu
zərurəti nəzərə alaraq özünün 48-ci fəslinə daxil olan normaları (864-880-ci maddələr) renta münasibətlərinin
mülki-hüquqi tənzimlənməsinə həsr etmişdir. Renta müqaviləsi ilə rəsmiləşdirilən renta münasibətlərini aydın
şə
kildə başa düşmək üçün misala müraciət edək. Məsələn, ahıl yaşlı şəxs öz evini qonşunun mülkiyyətinə verir;
evin mülkiyyətçisi olan, yəni evə mülkiyyət hüququ əldə edən qonşu isə hər ay həmin şəxsə onun həyatı (ömrü)
boyu müəyyənləşdirilmiş məbləğdə pul ödəyir. Ödənilən pula renta deyilir. Yaranmış münasibət isə renta mü-
qaviləsi ilə rəsmiləşdirilir.
Renta sözünün mənasına gəldikdə qeyd etməliyik ki, iqtisadi ədəbiyyatda və bəzi lüğətlərdə rentanın (almanja
«Rente», fransızja «rente», latınja «reddita» - verilmiş, qaytarılmış) torpaqdan, əmlakdan müntəzəm götürü-
Dostları ilə paylaş: |