2. Renta müqaviləsinin anlayışı və hüquqi təbiəti
Renta müqaviləsinin leqal anlayışı MM-in 864.1-ci maddəsində verilmişdir. Renta müqaviləsinə görə bir
tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış
ə
mlakın müqabilində renta alana vaxtaşırı (dövri olaraq) müəyyən pul məbləği şəklində renta ödəməyi
öhdəsinə götürür.
Renta müqaviləsinin bağlanmış sayılması üçün zəruridir ki, əmlak renta ödəyicisinə verilsin. Ona görə də
renta müqaviləsi real müqavilədir. Bu müqavilə birtərəfli müqavilə növünə şamil edilir. Belə ki, yalnız əm-
lak verildikdən sonra renta alan hüquqa malik olur. O, müqavilə üzrə vəzifə daşımır. Əksinə, renta ödəyicisi
olan tərəf isə yalnız vəzifə daşıyır. O, müqavilə üzrə hüquqa malik olmur.
Renta müqaviləsi əvəzli müqavilədir. Belə ki, renta ödəyicisi aldığı əmlakın müqabilində qarşı tərəfə renta
ödəyir. Lakin renta müqaviləsinin əvəzli olması bəzi xüsusiyyətlərə malikdir. Əsas xüsusiyyət ondan ibarətdir
ki, renta müqaviləsinin əvəzli olması heç də onun ekvivalentliyini ifadə etmir. Əksinə, müqavilə bağlanarkən
tərəflər onun ekvivalentli olmasını nəzərdə tutmurlar. Renta müqaviləsinin bu və ya digər tərəfinə verilən qar-
ş
Dostları ilə paylaş: |