Mülki hüquq münasibətlərinin subyekt tərkibinin dəyişilməsini şərtləndirən həyat halları kifayət qədər müx-
münasibətinin subyektləri — borc verən və borc alan qəflətən eyni vaxtda ölürlər. Bu cür halda həmin münasi-
bət ləğv edilmir. Belə vəziyyətdə ölmüş borc verənin borcun qaytarılmasını tələb etmək hüququ onun vərəsəsi-
nə keçir. Ölmüş borc alanın borcu qaytarmaq vəzifəsi də onun vərəsəsinə keçir. Bununla borc hüquq münasibə-
tinin subyekt tərkibi dəyişir, köhnə subyektlərin yerini onların vərəsələri tuturlar. Başqa sözlə desək, subyektlə-
Başqa bir misalda müəssisə (məhdud məsuliyyətli cəmiyyət) bankdan kredit alır və onlar arasında kredit hü-
quq münasibəti yaranır. Məhdud məsuliyyətli cəmiyyət yenidən təşkil olunaraq səhmdar cəmiyyətinə çevrilir.
65
Krediti qaytarmaq vəzifəsi, habelə digər vəzifə və hüquqlar səhmdar cəmiyyətinə keçir. Bununla kredit hüquq
münasibətinin subyekt tərkibi dəyişir. Bu dəyişikliyə əsas olan hal isə hüquqi şəxsin (məhdud məsuliyyətli
cəmiyyətin) yenidən təşkil olunmasıdır.
Daha bir misalda sifarişçi haqqını əvvəlcədən ödəyib özünə bağ evi tikdirmək barədə tikinti təşkilatı ilə pod-
rat müqaviləsi bağlayır. Onlar arasında bununla podrat hüquq münasibəti yaranır. Evin hazırlanmasına iki ay
qalmış sifarişçi həmin evi tikinti təşkilatından tələb etmək hüququnu alqı-satqı müqaviləsi əsasında öz qonşusuna
satır. Beləliklə, sifarişçinin evi tələb etmək hüququ qonşuya keçir. Qonşu podrat hüquq münasibətində əvvəlki,
köhnə subyekti — sifarişçini əvəz edir. Bununla həmin münasibətin subyekt tərkibi dəyişir. Bu cür dəyişikliyə
ə
sas olan hal mülki-hüquqi əqddir, yəni alqı-satqı müqaviləsidir.
Subyektiv mülki hüquq və vəzifələrin bir şəxsdən digər şəxsə keçməsinə
hüquqi varislik deyilir. Subyektiv
mülki hüquq və vəzifələrin əvvəlki daşıyıcısına hüquqi sələf deyilir. Bu hüquq və vəzifələri qəbul edən şəxs isə
hüquqi varis adlanır. Yuxarıda çəkdiyimiz misallarda ölən borcverən və borc alan vətəndaş, məhdud məsuliy-
yətli cəmiyyət, bağ evi tikməyi tapşıran sifarişçi hüquqi sələf hesab edilir. Ölənlərin vərəsələri, səhmdar
cəmiyyəti, sifarişçinin qonşusu isə hüquqi varis sayılır. Hüquq və vəzifələr hüquqi varislik qaydasında hüquqi
sələfdən hüquqi varisə keçməklə mülki hüquq münasibətlərinin subyekt tərkibi dəyişir. Hüquqi varislik hüquq
və vəzifələrin mülki hüquq münasibətlərinin hər hansı bir subyektindən digər subyektlərə keçməsi üsuludur. Bu
zaman mülki hüquq münasibətinin yeni subyekti əvvəlki köhnə subyekti əvəz edir. Amma ona keçmiş hüquq və
vəzifələr dəyişmir, mülki hüquq münasibəti ləğv edilmir.
Hüquqi varislik qaydasında hüquqi sələfdən hüquqi varisə həm ayrı-ayrı hüquq və vəzifələr, həm də komp-
leks və məcmu halında hüquq və vəzifələr keçə bilər. Bu baxımdan mülki hüquqda hüquqi varisliyin iki növü
fərqləndirilir:
●
xüsusi (sinqulyar) hüquqi varislik;
●
ümumi (universal) hüquqi varislik.
Dostları ilə paylaş: