vermədiyi hallar istisna olmaqla, bir hüquqi akt nəticəsində hüquqi varis bütün hüquq münasibətlərində öz hü-
quqi sələfinin yerini tutur və onu əvəz edir. Bu zaman hüquqi sələfin bütün hüquq münasibətləri özrə hüquq və
66
vəzifələri tam kompleks və məcmu halında hüquqi varisə keçir. Məsələn, vərəsəlik ümumi (universal) hüquq
varisliyinə misaldır. Ata ölür. Onun bütün hüquq münasibətləri özrə (alqı-satqı, kredit, podrat, sığorta, delikt,
icarə, kirayə, bank hesabı, bank əmanəti, girov, daşıma, borc və s.) hüquq və vəzifələri vərəsəlik qaydasında və-
rəsələrə keçir. Vərəsələr ölmüş atanı bütün hüquq münasibətlərində əvəz edir və onun yerini tuturlar.
Ümumi (universal) hüquq varisliyinə hüquqi şəxslərin yenidən təşkil olunmasını da misal göstərmək olar
(MM-in 56-cı maddəsi). Onların təşkil olunması yolları müxtəlifdir: birləşmə yolu; bölünmə yolu; ayrılma yolu;
qoşulma yolu; çevrilmə yolu. Məsələn, iki özəl təhsil kolleci yenidən təşkil olunaraq universitet halında birləşir.
Hər bir kollecin (hüquqi sələfin) hüquq və vəzifələri yeni yaradılmış universitetə (hüquqi varisə) keçir. Univer-
sitet onları bütün hüquq münasibətlərində əvəz edir. Belə halda, söz yox ki, ümumi (universal) hüquq varisliyi
göz qabağındadır.
Qanun bəzi hüquqların universal (ümumi) hüquq varisliyi qaydasında keçməsinə yol vermir. Bu cür hüquq-
lara aiddir: səlahiyyətli şəxsin (kreditorun) şəxsiyyəti ilə bağlı olan hüquqlar; alimentlər barədə tələblər; həyata
və ya saülamlıüa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblər.
Dostları ilə paylaş: