3. Mülki hüquq münasibətlərinin obyektləri
Obyekt (lat. «obcectum» - predmet) mülki hüquq münasibətinin elementlərindən biridir. Bu, fəlsəfə elmində də
işlədilən anlayışdır, fəlsəfi kateqoriyadır. Fəlsəfi nöqteyi-nəzərdən obyekt dedikdə, subyektin fəaliyyət və şüuru-
nun predmeti başa düşülür. Obyekt odur ki, insanın idrak və digər fəaliyyəti məhz ona yönəlir. Fəlsəfədə obyekt
subyektə qarşı qoyulur. Mülki hüquq elmində və qanunvericilikdə obyekt anlayışı kifayət qədər tez-tez işlədilir.
Lakin hüquqi nöqteyi-nəzərdən onun özünəməxsus spesifik cəhətləri vardır. Obyekt mülki hüquq münasibətinin
elementlərindən biri olmaqla hüquqi kateqoriya kimi çıxış edir.
Dostları ilə paylaş: |